Prezident Rəcəb Tayyib Ərdoğanın BMT sistemində dəyişiklik çağırışı ilə uzun müddətdir təkrarladığı “Dünya beşdən böyükdür” və “Daha ədalətli dünya mümkündür” şüarları Nyu-York şəhərinin küçə və prospektlərində onun fotoşəkili ilə birlikdə proyeksiya edilib.
İllərdir ki, BMT Təhlükəsizlik Şurası veto hüququna malik beş üzvünün - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çinin qeyri-mütənasib təsirə malik olması ilə bağlı tənqidlərlə üzləşib.
Prezident Ərdoğan sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında BMT-də islahat çağırışını təkrarlayıb.
“Daha ədalətli dünya mümkündür”
Ərdoğan "Birləşmiş Millətlər Təşkilatının 80-ci ilində qurucu ruhuna qaytarılması üçün addımlar atmaq bizim ortaq məsuliyyətimizdir. Gücün deyil, haqqın olduğu bir nizam qurana qədər "Dünya beşdən böyükdür" deməyə davam edəcəyik" deyib.
Prezidentin “Daha ədalətli dünya mümkündür” ifadəsi Tayms meydanındakı LED ekranlarda da nümayiş etdirilib.

























