DÜNYA
1 dəqiqə oxuma
Qəzzaya yardım donanmasında olan Türkiyə vətəndaşı 20 nəfər İsrail tərəfindən saxlanılıb
170-dən çox aktivist İsrail qüvvələri tərəfindən Yunanıstanın Krit adası yaxınlığındakı beynəlxalq sularda "Qlobal Sumud Donanması"nı ələ keçirdikdən sonra saxlanılıb
Qəzzaya yardım donanmasında olan Türkiyə vətəndaşı 20 nəfər İsrail tərəfindən saxlanılıb
"Qlobal Sumud Donanması" / Reuters

Qəzzaya gedən "Qlobal Sumud Donanması”ndakı Türkiyə nümayəndə heyəti bu gün (30 aprel 2026) "Anadolu” agentliyinə verdiyi açıqlamada İsrail qüvvələrinin donanmanı Qəzzadan 600 dəniz milindən çox uzaqlıqda, Yunanıstan ərazi sularının bir neçə mil yaxınlığındakı beynəlxalq sularda dayandırdığını və 20 Türkiyə vətəndaşını saxladığını bildirib.

Türkiyə nümayəndə heyəti qeyd edib ki, İsrail qüvvələri aprelin 29-da gecə saatlarında Girit (Krit) adası sahillərində qayıqları mühasirəyə alıb və reyd təşkil edərək gəmidəki 170-dən çox fəalı nəzarətə götürüb.

İsrail hərbi dəniz qüvvələri Qəzzada uzun müddətdir davam edən blokadanı yarmaq məqsədilə yola çıxan donanmaya aid gəmiləri aprelin 29-da gecə saatlarında dayandırıb.

Qrup İsrail qüvvələrinin karvanı Krit adası yaxınlığındakı beynəlxalq sularda mühasirəyə aldığını, rabitəni kəsdiyini və 21 gəmini ələ keçirdiyini, hadisədən sonra 17 gəminin qaçmağı bacararaq Yunanıstan sularına daxil olduğunu bildirib.

Qəzzaya humanitar yardım daşıyan donanma İsrailin blokadasını yarmağı və dəniz yolu ilə humanitar dəhliz açmağı hədəfləyir.

Bu addım, ivritdilli mətbuatın İsrailin müxtəlif ölkələrdən təxminən 1000 fəalı daşıyan və ümumilikdə 100-ə yaxın qayıqdan ibarət olan donanmanı dayandırmağa hazırlaşdığını xəbər verməsindən bir neçə saat sonra baş verib.

İsrail 2007-ci ildən bəri Qəzzanı blokadada saxlayır. Bölgədəki təxminən 2,4 milyon fələstinlidən 1,5 milyonu İsrailin həyata keçirdiyi soyqırım müharibəsi zamanı evlərinin dağıdılması nəticəsində evsiz qalıb.