DÜNYA
1 dəqiqə oxuma
"Mask heç bir əhəmiyyəti olmayan adamdır", L.Valensa
Lex Valesa Polşa və ABŞ liderləri arasındakı debatda iştirak edib.
00:00
"Mask heç bir əhəmiyyəti olmayan adamdır", L.Valensa
Lex Valensa
13 mart 2025

Nobel Sülh Mükafatı laureatı Polşanın keçmiş prezidenti Lex Valensa "Super Express" qəzetinə müsahibəsində deyib: "Gəlin öz işimizi görək, burada Avropada güclü ittifaqlar yaradaq, bu işə qarışmayaq və Maska görə narahat olmayaq. Mən ondan narahat deyiləm... o, imtina edilməsi lazım olan adamdır... heç bir əhəmiyyəti olmayan adamdır".

Həftə sonu Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ prezidenti Donald Trampın yaxın müşaviri Maskla və ABŞ dövlət katibi Marko Rubio ilə münaqişə edib.

Sikorski və Mask "Starlink" sistemini müzakirə ediblər; Mask iddia edib ki, Ukraynanı Starlinkdən ayırmaq istəsə, “cəbhə xətti tamamilə” dağılacaq.

Sikorski cavab verərək deyib ki, Ukrayna üçün "Starlink" ikitərəfli ticarət razılaşmasına əsasən Polşa tərəfindən ödənilir və onun bağlanması təhlükəsi alternativ şəbəkə axtarışına təkan verəcək.

Rubio daha sonra Sikorskini iddiaları uydurmaqda ittiham edib.

"Heç kim Ukraynanı "Starlink"dən ayırmaqla hədələməmişdi. Və Allaha şükürlər olsun ki, "Starlink" olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar indi Polşa sərhədində olardı".

İlon Musk Polşanın xarici işlər naziri Radoslav Sikorskinin tənqidlərinə cavab verib.

Sikorski ölkəsinin rəqəmsallaşdırma nazirliyinin Ukrayna üçün “Starlink”ə ildə təxminən 50 milyon dollar ödədiyini bildirib və “SpaceX”i Kiyevi sistemdən ayırmaq istəyinə görə tənqid edib.

Mask Sikorskinin “X” platformasındakı paylaşımına cavabında yazıb: “Sakit ol, balaca adam. Xərclərin cüzi hissəsini ödəyirsən. “Starlink”in əvəzi yoxdur”.

Araşdırma
BMT Qəzzada atəşkəsin "kövrək" olduğunu və "dəfələrlə pozulduğunu" bildirib
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”