TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Kərkükdə 4-cü Ənənəvi Nar Festivalına start verilib
Festival noyabrın 3-dək davam edəcək
Kərkükdə 4-cü Ənənəvi Nar Festivalına start verilib
Kərkükdə 4-cü Ənənəvi Nar Festivalı başladı

İraqın Kərkük şəhərində təxminən bir həftə davam edəcək 4-cü Ənənəvi Nar Festivalının açılışı olub.

Kərkük şəhər mərkəzindəki yerləşən Baba Gürgür Parkı çoxlu sayda insanın iştirakı ilə təşkil edilən tədbirə ev sahibliyi edir.

Festivalın təşkilatçısı İbrahim Xəlil Kərkükdə bu il dördüncü dəfə keçirilən Nar Festivalına marağın böyük olduğunu bildirib.

Bu və oxşar layihələrin məqsədinin yerli istehsala diqqət yetirmək və onu genişləndirmək olduğuna bildirən İbrahim Xəlil kərküklü fermerlərə də dəstək olmaq istədiklərini qeyd edib.

Festivalda nar sortları ilə yanaşı nar şirəsi və nar bəhməzinin də nümayiş olunduğunu bildirən İ.Xəlil fermerlərin bu festivala təxminən 42 ton narla qatıldıqlarını vurğulayıb.

Qeyd edək ki, festival noyabrın 3-dək davam edəcək.

MƏNBƏ:TRT