ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Türkiyənin reaktiv təlim təyyarəsi ''Hürjet'' TEKNOFEST 2025-də böyük maraqla qarşılandı
Festivalda nümayiş etdirilən təyyarə və helikopterlərə olan maraq Türkiyənin müdafiə sənayesində son illərdə əldə etdiyi irəliləyişi nümayiş etdirir
Türkiyənin reaktiv təlim təyyarəsi ''Hürjet'' TEKNOFEST 2025-də böyük maraqla qarşılandı
/ AA

Dünyanın ən nüfuzlu texnologiya festivallarından biri olan TEKNOFEST sentyabrın 17-də İstanbulda ziyarətçilərin üzünə qapılarını açdı.

Xüsusilə müdafiə sənayesi şirkətlərinin stendləri böyük maraqla qarşılandı. Türkiyənin qabaqcıl silah və aviasiya texnologiyalarını yaxından görmək üçün yüzlərlə tələbə növbəyə düzülərək bu sahədəki yeniliklərlə tanış oldu.

Festivalda nümayiş etdirilən təyyarə və helikopterlərə olan maraq Türkiyənin müdafiə sənayesində son illərdə əldə etdiyi irəliləyişi nümayiş etdirir. 2024-cü ildə müdafiə məhsulları ixracının əvvəlki illə müqayisədə 29 faiz artaraq 7,15 milyard dollara çatacağı proqnozlaşdırılır. Hazırda Türkiyə müdafiə şirkətləri 180-dən çox ölkəyə pilotsuz uçuş aparatları və zirehli texnika ixrac edir.

Məsələn, İspaniya Türkiyənin Aviasiya və Kosmos Sənayesi Şirkəti – TUSAŞ tərəfindən hazırlanmış, səsdən sürətli, təkmühərrikli “Hürjet” təyyarəsindən 30 ədəd almağı planlaşdırır. Bu təyyarə həm təlim, həm də yüngül hücum missiyaları üçün nəzərdə tutulub.

TEKNOFEST çərçivəsində TRT World-ə müsahibə verən TUSAŞ nümayəndəsi bildirib ki, ‘‘Hürjet’’ altıncı nəsil döyüş təyyarələrini idarə edəcək pilotların hazırlanması üçün ən müasir platformadır və bu sahədə böyük üstünlüklərə malikdir.

Hal-hazırda dizayn mərhələsində olan altıncı nəsil reaktiv təyyarələrin 2030-cu illərdə istifadəyə verilməsi gözlənilir. Bu təyyarələr süni intellektin geniş tətbiqi sayəsində mövcud döyüş donanmalarına nisbətən əhəmiyyətli texnoloji üstünlüklər təqdim edəcək.

Son 20 ildə Türkiyənin müdafiə sənayesi sürətlə inkişaf edib. Xarici asılılıq 80 faizdən 20 faizə qədər azalıb.

TUSAŞ rəsmisinin sözlərinə görə, ‘‘Hürjet’’ ən müasir avionika sistemlərini iqtisadi səmərəliliklə birləşdirir və ABŞ-ın ‘‘Boeing-Saab T-7 Red Hawk’’ və Cənubi Koreyanın ‘‘KAI T-50’’ təlim təyyarələrinə ciddi rəqib kimi inkişaf etdirilir.

Bu təyyarə ilk uçuşunu 2023-cü ildə həyata keçirib. O, yalnız təlim deyil, həm də yaxın hava dəstəyi, hava patrulu və asimmetrik münaqişələrdə məhdud zərbə missiyalarını yerinə yetirə biləcək çoxfunksiyalı platformadır.

TUSAŞ rəsmisi həmçinin deyib: “Mühərrikdən başqa hər şey milli imkanlarla istehsal olunub. Ən vacib məqam isə dizayndır — təyyarəni tamamilə özümüz dizayn etmişik. Ümid edirik ki, yaxın gələcəkdə mühərriki də milli gücümüzlə inkişaf etdirəcəyik’’.

TUSAŞ eyni zamanda iki helikopter modelinin də əsas ixracatçısıdır: T129 ATAK — İtaliyanın “A129 Mangusta” modelinin lisenziyalı versiyasıdır. ‘‘T625 Gökbey’’ isə tamamilə milli imkanlarla istehsal olunan çoxməqsədli helikopterdir.

“Gökbey” çətin iqlim və relyef şəraitində, yüksək hündürlüklərdə və gecə-gündüz şəraitində əməliyyat keçirmək üçün nəzərdə tutulub.

2022–2024-cü illər ərzində Türkiyə Filippinə 6 ədəd ‘‘T129 ATAK’’ helikopteri ixrac edib. Bu helikopterlər Filippin Hərbi Hava Qüvvələri tərəfindən qiyamla mübarizə əməliyyatlarında istifadə olunur.

Nigeriya da Boko Harama qarşı əməliyyatlarda istifadə etmək üçün bu helikopterlərdən altı ədəd alıb.

Araşdırma
“SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya, Kosmik Sənaye Sərgisində ixrac müqavilələri imzalandı
SAHA 2026 müdafiə və aviasiya sərgisi İstanbulda start götürüb
"Artemis II" heyəti Ay ətrafındakı uçuşdan sonra Sakit okeana eniş edir
Tarixi missiyada Artemis astronavtları Ayın yaxınlığından keçməyə hazırlaşırlar
“Artemis II” missiyasının heyəti Ay səfərində uğurla irəliləyir
Türkiyə fırlatdığı yeni peyklərlə kosmosda müstəqillik yolunda irəliləyir
Türkiyə 2.000 kilometr mənzilli yeni kamikadze PUA sistemini təqdim etdi
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır
NASA “Artemis II” missiyasına hazırlaşır
Cənubi Koreya Norveçlə müdafiə sənayesi sahəsində saziş bağlayıb
Böyük Britaniya və Fransada gənclər üçün sosial medianın qadağa edilməsi məsələsi müzakirə olunur
Türkiyə qlobal okeanların qorunması üzrə sazişin qüvvəyə minməsində mühüm rol oynayır
2025-ci il qeydlərə görə ən isti üçüncü il olub
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu
İstanbul Universiteti dəniz otlarını qorumaq üçün süni intellektdən istifadə etməyə başlayıb
Türkiyə şirkəti “Plan-S”in orbitdəki peyk sayı 16-ya çatıb
“Baykar” yeni investisiya planı çərçivəsində “Piaggio Aerospace”in istehsalını beş dəfə artıracaq
Dünyanın ən böyük kosmik tədbiri oktyabr ayında Türkiyədə keçiriləcək
"Tuba" dəniz tısbağası Türkiyənin Egey və Aralıq dənizinin şərq sahillərində  qalıb