DÜNYA
2 dəqiqə oxuma
Hindistan-Pakistan münaqişəsi: hər iki tərəf nə deyir?
Hindistan-Pakistan münaqişəsində iki tərəfin bəyanatları
Hindistan-Pakistan münaqişəsi: hər iki tərəf nə deyir?
Hindistan-Pakistan
9 may 2025

Rəsmilər Pakistanın idarə etdiyi Kəşmirdə Hindistanın artilleriya atəşi nəticəsində 5 mülki şəxsin həlak olduğunu bildirib.

Hindistan ordusu bildirib ki, Pakistan bütün qərb sərhədi boyunca pilotsuz uçuş aparatları və digər döyüş sursatlarından istifadə edərək çoxsaylı hücumlara başlayıb.

Ordu hücumun cümə axşamından cümə gününə keçən gecə baş verdiyini və Pakistan əsgərlərinin Hindistanın idarə etdiyi Kəşmirdə Nəzarət Xəttində (LoC) atəşkəs rejimini bir neçə dəfə pozduğunu bildirib.

Nəzarət Xətti mübahisəli Himalay bölgəsini iki əzəli rəqib arasında bölən faktiki sərhəddir.

Pakistan ordusu ittihamları rədd edib və Hindistanın “hekayələr uydurduğunu” deyib.

Pakistan ordusunun sözçüsü "Hindistan deyir ki, Pakistan bir neçə nöqtədə hücumlar təşkil edib; bu sadəcə fantastik hekayədir və ona ancaq gülmək olar. Hər güllə rəqəmsal iz və imza buraxır, onlar 18-ci əsrdə yaşayırlar, yoxsa 21-ci əsrdə?" deyib.

Kəşmir

Polis rəsmilərinin bildirdiyinə görə, nüvə silahı olan qonşular arasında günlərdir davam edən qarşılıqlı hücumlardan sonra Pakistanın idarə etdiyi Kəşmirdə Hindistanın artilleriya zərbələri nəticəsində beş dinc sakin həlak olub.

Kotli polis zabiti Adeel Xan AFP-yə bildirib: "Hindistan qüvvələri mülki əraziləri atəşə tutub, nəticədə iki yaşlı qız da daxil olmaqla 5 nəfər ölüb, daha 12 nəfər yaralanıb. Bombardman gecə saatlarına qədər davam edib".

Ölümləri Müzəffərabadda yerləşən yüksək səviyyəli dövlət məmuru da təsdiqləyib.

O deyib: “Cavab olaraq Pakistan ordusu güclü əks-hücuma keçərək Nəzarət Xətti (LoC) boyunca Hindistanın üç postunu hədəfə alıb”.

Rəsmilərin məlumatına görə, Hindistanın idarə etdiyi Kəşmirdə Nəzarət Xəttində azı 16 nəfər həlak olub.

Dövlət yayım orqanı "DD News" Hindistanın mayın 10-dək ölkənin şimalındakı 27 hava limanını bağladığın, təxminən 430 mülki uçuşun ləğv edildiyini bildirilib.

Bu həftə Hindistan və Pakistan arasında gərginlik Hindistanın mayın 7-si gecə saatlarında "Sindoor əməliyyatı"nı elan etməsindən sonra artıb. Hindistan Pakistanda doqquz məntəqəyə hücumlar təşkil etdiyini açıqlayıb.

Pakistan ordusu Pakistanın idarə etdiyi Kəşmirdə Hindistanın raket hücumları və sərhədyanı atəşlər nəticəsində 31 nəfərin öldüyünü bildirib.

Araşdırma
''Kiyevin bütün rayonları genişmiqyaslı hücuma məruz qaldı''
İordan çayının qərb sahilində qeyri-qanuni israilli köçkünlər məscidi yandırıblar
İsrail Livanın cənub şəhərlərini hava hücumları ilə hədəfə alır
Viktoriya ştatı yerli avstraliyalılara geniş səlahiyyətlər verən tarixi müqavilə imzaladı
Şiә əl-Sudani parlament seçkilərində qələbə qazandıqlarını elan edib
Sergey Lavrov ABŞ-a Ukrayna ilə bağlı çağırış edib
BMT: Liviya sahillərində qayığın batması nəticəsində 42 miqrantın öldüyü ehtimal olunur
BMT Qəzzada atəşkəsin "kövrək" olduğunu və "dəfələrlə pozulduğunu" bildirib
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb