Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı ərazisinə təşkil olunan son hücumlarla bağlı yazılı bəyanat yayıb.
Bəyanatda husilərin mülki əhalinin təhlükəsizliyini təhdid edən və bölgədə gərginliyi artıran hücumları kəskin şəkildə pislənilib. Türkiyənin Səudiyyə Ərəbistanının suverenliyinə və ərazi bütövlüyünə dəstəyi bir daha vurğulanıb.
XİN-dən bildirilib ki, bu addımlar Yəməndəki münaqişənin sülh və diplomatiya yolu ilə həllinə mane olur. Nazirlik husiləri hərbi əməliyyatları və təcavüzkar addımları dərhal dayandırmağa çağırıb.






















