Fransanın Trapp şəhərində baş verən atışmada bir nəfər həlak olub, dörd nəfər isə yaralanıb.
Bu barədə Fransanın Baş naziri Sebastyan Lekornu rəsmi internet səhifəsində paylaşım edib. Baş nazir hücumu törədən şəxsin saxlanıldığını, bütün təhlükəsizlik qüvvələrinin və hüquq-mühafizə orqanlarının səfərbər edildiyini bildirib. O, həmçinin hadisə ilə bağlı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) araşdırma apardığını diqqətə çatdırıb.
TÖVSİYƏ EDİLƏN
Yerli medianın məlumatına görə, hadisə Trap şəhərində naməlum şəxsin avtomobildən ətrafdakılara atəş açması nəticəsində baş verib.






















