DÜNYA
1 dəqiqə oxuma
İndoneziyada baş verən zəlzələdə həyatını itirənlərin sayı 47-yə yüksəldi
Türkiyə dövləti İndoneziyada dağıntı və insan təlafatına səbəb olan zəlzələ ilə bağlı dərin kədər hissi keçirdiyini bəyan edib
İndoneziyada baş verən zəlzələdə həyatını itirənlərin sayı 47-yə yüksəldi
İndoneziyada baş verən zəlzələdə həyatını itirənlərin sayı 47-yə yüksəldi / AFP

Türkiyə dövləti İndoneziyada ən azı 47 nəfərin ölümünə səbəb olan və böyük dağıntılar törədən zəlzələlərlə bağlı dərin kədər hissi keçirdiyini bəyan edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən məlumat verilib. Şimali Sumatra və Floresdə meydana gələn zəlzələlərdə həyatını itirənlərin ailələrinə başsağlığı verildiyi bildirilir. Nazirlik İndoneziya xalqı ilə həmrəy olduğunu vurğulayıb və xəsarət alanlara təcili şəfa diləyib.

Nazirliyin bəyanatında deyilir: "Həyatını itirənlərin ailələrinə və İndoneziya xalqına başsağlığı verir, yaralananlara təcili şəfa diləyirik".

Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində baş verən zəlzələlər genişmiqyaslı dağıntılara səbəb olub. Bölgədə təcili axtarış-xilasetmə işlərinə başlanılıb. Fəlakətlə mübarizə qrupları dağıntıların miqyasını müəyyən etməyə çalışır. Sağ qalan insanların xilasedilməsi istiqamətində işlər davam etdrilir.

Ölkə rəsmilərindən əldə olunan məlumata görə, Sikka, Mənqqarai, Naqekeo, Bima və Selayar bölgələrində təxminən 6 min nəfər təhlükəsiz ərazilərə sığınıb. Zəlzələ nəticəsində 914 ev, 93 təhsil müəssisəsi, 36 səhiyyə obyekti və 38 dövlət binası zərər görüb.

MƏNBƏ:TRT