DÜNYA
2 dəqiqə oxuma
Sudanda baş verən toqquşma nəticəsində üç mülki vətəndaş həlak oldu
Çevik Dəstək Qüvvələri Omdurmandakı yaşayış məntəqələrinə hücum edərək 3 nəfəri qətlə yetirib, daha 8 nəfəri yaralayıb. Sudan ordusu isə Çevik Dəstək Qüvvələrini Xartumun mərkəzindəki əsas hökumət binalarından qovmağa davam edir.
00:00
Sudanda baş verən toqquşma nəticəsində üç mülki vətəndaş həlak oldu
Sudan / AP

Səhiyyə mənbələrinin AFP-yə verdiyi məlumata görə, Çevik Dəstək Qüvvələrinin (RSF) Sudanın paytaxtı Omdurmanda törətdiyi hücum nəticəsində ikisi uşaq olmaqla üç mülki vətəndaş həlak olub. Şahidlər, ordunun nəzarəti altında olan yaşayış məhəllələrinin top mərmiləri ilə hədəf alındığını bildiriblər. Ordu, bu yaxınlarda paytaxt Xartumun mərkəzi hökumət dairəsinin böyük bir hissəsini Çevik Dəstək Qüvvələrindən geri almışdı.

Al Nao xəstəxanasının rəsmisinin yaydığı məlumatda hücum nəticəsində iki uşaq və bir qadının həlak olduğu, 8 nəfərin isə yaralandığı vurğulanıb. Qeyd edək ki, bu xəstəxana şəhərdə hələ də fəaliyyət göstərən azsaylı səhiyyə ocaqlarından biridir.

Xatırladaq ki, 2023-cü ilin aprel ayından etibarən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar davam edir. Bu münaqişələr on minlərlə insanın ölümünə, 12 milyondan çox insanın evlərini tərk etməsinə səbəb olub və dünyanın ən böyük aclıq və köçkünlük böhranlarından birinə yol açıb.

Çevik Dəstək Qüvvələri hələ də paytaxtdadır

Ordu və müttəfiq qruplar Çevik Dəstək Qüvvələrini Xartumun mərkəzi inzibati və maliyyə rayonundan çıxarmaq üçün cümə günü əməliyyata start verib.

Ordu şənbə günü Çevik Dəstək Qüvvələri tərəfindən ələ keçirilən mərkəzi bank, dövlət kəşfiyyat mərkəzi və milli muzey kimi strateji dövlət qurumlarına nəzarəti bərpa etdiyini açıqlayıb.

Çevik Dəstək Qüvvələri hava limanı ətrafında, o cümlədən mərkəzi Xartumda, paytaxtın cənub və qərb bölgələrində mövcudluğunu davam etdirir və Omdurmanın qərbindəki mövqelərindən mütəmadi olaraq mülki ərazilərə hücumlar təşkil edir.

Çevik Dəstək Qüvvələrinin fevral ayında Omdurmandakı bazara təşkil etdiyi hücum nəticəsində 50-dən çox adam həlak olmuşdu.

Ordu paytaxtda irəliləyiş əldə etsə də, Afrikanın üçüncü ən böyük ölkəsi faktiki olaraq ikiyə bölünüb. Çevik Dəstək Qüvvələri demək olar ki, qərbi Darfur bölgəsinə və cənubun bir hissəsinə, ordu isə şərq və şimala nəzarət edir.

MƏNBƏ:TRT Global
Araşdırma
Nigeriyada mədən çöküb, ölən və yaralananlar var
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub
Küveyt Türkiyə və Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzaladığına görə Pakistanı təbrik edib