İstanbulda DEAŞ terror təşkilatı ilə əlaqəli olduğu və Türkiyədə terror aktı planlaşdırdığı ehtimal edilən şübhəli şəxs polis qüvvələri tərəfindən keçirilən əməliyyatda zərərsizləşdirilib.
İstanbul Valiliyindən verilən bəyanatda Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis Müdirliyinin koordinasiyalı şəkildə həyata keçirdiyi tədbirlər çərçivəsində DEAŞ-la əlaqəli olduğu və ölkədə terror aktı planlaşdırdığı ehtimal edilən Berkan Ç.-nin (21 yaşlı) saxlanılması məqsədilə Sultanbəylidə əməliyyat keçirildiyi bildirilib.
Şübhəlinin vəzifəli polislərə atəş açması üzərinə adekvat cavab verildiyi ifadə olunan bəyanatda Berkan Ç.-nin zərərsizləşdirildiyi diqqətə çatdırılıb.
Bu zaman bir nəfərin yaralandığı qeyd edilən bəyanatda məsələ ilə bağlı tədqiqatın davam etdiyi vurğulanıb.






















