DÜNYA
2 dəqiqə oxuma
Pakistanda bombalı hücum və toqquşmalarda 12 polis əməkdaşı həlak olub
Hücumdan sonra çəkilən görüntülərdə yaxınlıqdakı binanın dağıldığı, ətrafda kərpic parçaları, yanmış qalıqlar və parçalanmış nəqliyyat vasitələrinin olduğu görülüb
Pakistanda bombalı hücum və toqquşmalarda 12 polis əməkdaşı həlak olub
Pakistanda bombalı hücum və toqquşmalarda 12 polis əməkdaşı həlak olub / Reuters

Polis rəsmiləri Pakistanın şimal-qərbindəki polis bölməsinə minalanmış avtomobillə edilən hücum və ardınca hadisə yerinə köməyə tələsən polis heyətinə qarşı törədilən hücum nəticəsində azı 12 əməkdaşın həlak olduğunu açıqlayıb.

May ayının 9-da baş verən hücumdan sonra çəkilən görüntülərdə binanın xarabalığa çevrildiyi, kərpiclərin, yanmış qalıqların və parçalanmış avtomobillərin ətrafa səpələndiyi müşahidə olunub.

Polis rəsmisi Səccad Xan verdiyi açıqlamada dağılan polis bölməsinin binasından 12 polisin meyitinin çıxarıldığını, üç əməkdaşın isə sağ tapılaraq xəstəxanaya çatdırıldığını bildirib.

Adının açıqlanmasını istəməyən bir polis rəsmisi qeyd edib ki, silahlılar əvvəlcə partlayıcı yüklü avtomobillə bölmə binasına daxil olub, daha sonra içəri girərək sağ qalan əməkdaşlara atəş açıblar.

Rəsmi əlavə edib: “Digər hüquq-mühafizə qüvvələri polisə kömək üçün göndərilmişdi, lakin terrorçular onlara pusqu quraraq itkilərə səbəb oldular”.

Polis mənbələri silahlıların hücum zamanı pilotsuz uçuş aparatlarından (PUA) da istifadə etdiyini bildirib.

Ən şiddətli toqquşma

Xilasetmə qurumları və mülki xəstəxanalara aid təcili yardım maşınları hadisə yerinə gəlib. Rsmilər Bannudakı dövlət xəstəxanalarında fövqəladə vəziyyət elan edildiyini açıqlayıblar.

"İttihadül-Mücahidin" kimi tanınan silahlı qrup hücuma görə məsuliyyəti üzərinə götürüb.

Bu hücumlar Pakistanın Əfqanıstan sərhədindəki toqquşmaları yenidən alovlandıra bilər. Fevral ayında müttəfiqlikdən düşmən tərəfinə keçən qruplar arasında son illərin ən şiddətli toqquşmaları baş verib; İslamabad Əfqanıstan daxilindəki hava hücumlarının yaraqlıların qalalarını hədəf aldığını bildirib.

O vaxtdan bəri toqquşmalar azalıb, sərhəd boyu arabir atışmalar olsa da, rəsmi atəşkəs müqaviləsi imzalanmayıb.

İslamabad Kabili Pakistan daxilindəki hücumları planlaşdırmaq üçün Əfqanıstan ərazisindən istifadə edən silahlılara sığınacaq verməkdə ittiham edir.

Taliban bu iddiaları rədd edərək, Pakistandakı silahlıların fəaliyyətlərinin daxili bir problem olduğunu vurğulayıb.