SİYASƏT
2 dəqiqə oxuma
Türkiyə dövləti İsrailin Məscidül-Əqsada törətdiyi təxribatları kəskin şəkildə pisləyib
Məsələylə bağlı açıqlama Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilib
Türkiyə dövləti İsrailin Məscidül-Əqsada törətdiyi təxribatları kəskin şəkildə pisləyib
Türkiyə dövləti İsrailin Məscidül-Əqsada törətdiyi təxribatları kəskin şəkildə pisləyib / Reuters

Türkiyə dövləti radikal israilli qruplarının İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya təşkil etdiyi basqını pisləyib. Rəsmi Ankara orada İsrail bayrağının qaldırılması və dövlət himninin oxunması da daxil olmaqla törədilən təxribatçı hərəkətləri “ən kəskin formada” qınadığını bəyan edib.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən iyunun 1-də verilən açıqlamada bu cür addımların beynəlxalq hüququn aşkar pozuntusu olduğunu bildirib. Qeyd olunub ki, Məscidül-Əqsa başda olmaqla, Qüdsün tarixi və hüquqi statusunu zədələməyə yönəlmiş bu əməllər bölgədəki qeyri-sabitliyi daha da dərinləşdirmək riski daşıyır.

Nazirliyin bəyanatında deyilir: “İşğalçı İsrailin müsəlman və xristianların müqəddəs məkanlarına qarşı davam etdirdiyi bu təhlükəli təxribat və pozuntular qarşısında beynəlxalq birliyə çağırışımızı yenidən səsləndiririk. Biz beynəlxalq ictimaiyyəti İsrailə qarşı təzyiqləri artırmağa çağırırıq.”

Qüds Valiliyi Media Departamentinin direktoru Ömər Rəcəb mayın 31-də verdiyi açıqlamada bildirib ki, Məscidül-Əqsa məscidinin həyətində İsrail bayrağının qaldırılması və təxribatçı hərəkətlərin həyata keçirilməsi ifratçı işğal hökumətinin apardığı sistemli və qəsdən planlaşdırılmış siyasətin tərkib hissəsidir. Onun sözlərinə görə, bu kimi hallar işğal altındakı Şərqi Qüdsdə zorla yeni reallıqlar yaratmaq məqsədi güdür. Eyni zamanda Məscidül-Əqsadakı tarixi və hüquqi status-kvonu zəiflətməyi hədəfləyir.

Ö.Rəcəb xəbərdarlıq edib ki, işğalçıların Məscidül-Əqsa daxilindəki əməlləri məscidin məkansal və zamansal bölgüsünü hədəfləyən müstəmləkə planının bir hissəsidir. O qeyd edib ki, bu plan şəhərin dini və tarixi kimliyini məhv etmək üçün yəhudiləşdirilməsini, eləcə də onun hüquqi, mədəni və demoqrafik xüsusiyyətlərinin dəyişdirilməsini hədəf alır.

Ö.Rəcəb işğalçıların polis müşayiəti ilə Məscidül-Əqsa məscidinə basqın etməsini “beynəlxalq hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirib. O bildirib ki, bu hərəkətlər fələstinlilərin və dünya miqyasında milyonlarla müsəlmanın hisslərinə toxunur.

Ö.Rəcəb bu kimi pozuntuların ciddi, təkrarlanan və qəbulolunmaz olduğunu vurğulayaraq yaranmış təhlükəli gərginliyə görə tamamilə İsrail hökumətinin məsuliyyət daşıdığını bildirib.

Ö.Rəcəb beynəlxalq birliyə və bütün ölkələrə müraciət edərək, onları hüquqi və mənəvi məsuliyyət daşımağa səsləyib. O, işğal altındakı Qüdsdə Fələstin xalqına və müqəddəs məkanlara qarşı davam edən pozuntuları dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb. Ö.Rəcəb müqəddəs Məscidül-Əqsanın 144 hektarlıq ərazisinin tamamilə və müstəsna olaraq müsəlmanların ibadət yeri olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrail polisi 2003-cü ildən bəri cümə və şənbə günləri istisna olmaqla, hər gün iki dəfə səhər və günorta namazı vaxtlarında işğalçıların məscidə daxil olmasına birtərəfli qaydada icazə verir.

Fələstinlilər İsrailin Məscidül-Əqsa da daxil olmaqla, Şərqi Qüdsü yəhudiləşdirmək, ərəb və İslam kimliyini silmək cəhdlərini intensivləşdirdiyini bildirirlər.

Fələstin tərəfi 1967-ci ildə İsrailin şəhəri işğal etməsini və ya 1980-ci ildəki ilhaqını tanımayan beynəlxalq qərarlar əsasında Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı kimi qəbul edir.

MƏNBƏ:TRT
Araşdırma
Marko Rubio İsrail-Livan münaqişəsinin nizamlanması üçün mərhələli plan təqdim edib
Malta Leyborist Partiyası növbədənkənar parlament seçkilərində növbəti dəfə qələbə qazanıb
M.Pezeşkian:''Əsas məhsulların idxalı ilə bağlı regional liderlərlə danışıqlar aparacağıq''
Rusiya və Əfqanıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb
Ursula fon der Leyen:''Aİ Ukraynanın hərbi ehtiyacları üçün 28 milyard avrodan çox vəsait ayırıb''
Aİ Rusiyanın xəbərdarlığına baxmayaraq, Kiyevdəki diplomatlarını geri çağırmayacağını açıqlayıb
Tramp İranla danışıqları konstruktiv adlandırdı, lakin blokadanın davam edəcəyini bildirdi
Pezeşkian: "Ölkənin şərəf və ləyaqətindən güzəştə gedilməyəcək"
R.T.Ərdoğan regional liderlərlə İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
D.Tramp İranla aparılan sülh danışıqları ilə bağlı açıqlama verib
Marko Rubio: ''İranla danışıqlarda irəliləyiş var''
Mark Rutte: "NATO daha güclü yolda irəliləyir və tək bir müttəfiqdən daha az asılıdır"
Möhsin Nəqvi ABŞ-İran müharibəsinə son qoymaq təklifləri ilə bağlı Tehranda görüş keçirib
ABŞ Ukraynaya 108,1 milyon dollarlıq "Hawk" raket sistemi avadanlığının satışını təsdiqləyib
CHP-nin 2023-cü ilin noyabrında keçirilən qurultayının nəticələri ləğv olunub
İtaliya İsrailə çağırış etdi
Rusiya və Çin arasında əməkdaşlığa dair bir sıra müqavilələr imzalanıb
V.Putin Rusiya ilə Çin arasındakı dostluğun yüksək səviyyədə olduğunu vurğulayıb
Tom Barrak ABŞ ilə Suriya arasındakı münasibətləri qiymətləndirib
Hakan Fidan və Abbas Əraqçi regional məsələləri müzakirə ediblər