TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə "Ərəbistanlı Lourens"lə bağlı kəşfiyyat sənədlərini yayımlayıb
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) yanvarın 6-da “Ərəbistanlı Lorens” kimi tanınan britaniyalı zabit və kəşfiyyatçı Tomas Edvard Lourenslə bağlı arxiv sənədini yayımlayıb
Türkiyə "Ərəbistanlı Lourens"lə bağlı kəşfiyyat sənədlərini yayımlayıb
Türkiyə "Ərəbistanlı Lorens"lə bağlı kəşfiyyat sənədlərini yayımlayıb / AA

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) yanvarın 6-da “Ərəbistanlı Lourens” kimi tanınan britaniyalı zabit və kəşfiyyatçı Tomas Edvard Lourenslə bağlı arxiv sənədini yayımlayıb.

MİT-in rəsmi saytında dərc olunan sənəddə Lourensin hərbi geyimdə fotosu və Yaxın Şərqdəki fəaliyyətləri ilə bağlı kəşfiyyat məlumatları yer alır.

Təşkilatın məlumatına görə, Lourens müxtəlif təxəllüslər və obrazlarla Misir, Suriya və İraqa səyahət edib. Sənəddə bildirilir ki, o, Misirdə saxta ad altında qaldıqdan sonra Suriya və İraqa, daha sonra Qüdsə gedib, son olaraq isə Sudanın Xartum şəhərində məskunlaşıb.

Sənəddə həmçinin bildirilib ki, Lourens Qüdsdə olduğu müddətdə bəzən müsəlman dini müəllimi, bəzən də yəhudi ravvin kimi fəaliyyət göstərib və həm müsəlman, həm də yəhudi icmaları ilə görüşlər keçirib. Onun yerli əhaliyə təxribatçı mesajlar vasitəsilə təsir göstərməyə çalışdığı irəli sürülür.

Sənəddə Osmanlı dövrü kəşfiyyat rəsmilərinin Misir, Fələstin və Sudandakı Britaniya siyasəti ilə bağlı qiymətləndirmələri, regionda iğtişaşları qızışdırmaq və siyasi inkişaflara təsir göstərmək səyləri də yer alır.

1929-cu il 23 sentyabr tarixli sənəd MİT-in “Xüsusi kolleksiya”nın “Sənədlər” bölməsinə əlavə edilib.

Araşdırma
Prezident Ərdoğan Nyu-Yorkda bir sıra görüşlər keçirib
Prezident R.T.Ərdoğan CAATSA və S-400 məsələlərini D.Tramp ilə müzakirə edəcək
Türkiyə Hərbi Hava Qüvvələri Kıbrıs (Kipr) adasının cənubunda təlim uçuşu həyata keçirib
Prezident Ərdoğan Nyu-Yorkdakı "Türk Evi"nə gəlişi zamanı onu gözləyən izdihamla qarşılaşıb
Əminə Ərdoğan ABŞ-də Prezident R.T.Ərdoğanı müşayiət edəcək
"Sıfır tullantı" konsepsiyası çərçivəsində olan ödənişsiz çimərliklər sırasına Göcek də əlavə olundu
Prezident R.T.Ərdoğan BMT-nin 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək
R.T.Ərdoğan İstanbul  hava limanının dördüncü uçuş-enmə zolağının açılış mərasimində iştirak edib
Türkiyə ilə Braziliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
Türkiyə husilərin Məkkəyə PUA ilə hücum cəhdini qınayıb
Hakan Fidan Azərbaycana etdiyi səfərlə bağlı paylaşım edib
AKINCI PUA-sı hədəfi uğurla sıradan çıxarıb
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin XİN rəhbəri Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan:"Xalqımızı təhlükələrdən qoruyuruq"
Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək
Türkiyə XİN:'' Türkiyə hər zaman Kiprdəki türk xalqının hüquq və maraqlarını qoruyacaq''
Türkiyə və Azərbaycan enerji sahəsində üç böyük layihə həyata keçirməyi planlaşdırır
Yusuf Tekin: ''Məqsədimiz İƏİT ölkələri arasında ilk beşliyə daxil olmaqdır''
Türkiyə və İtaliya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Türkiyə süni intellekt sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir