SİYASƏT
2 dəqiqə oxuma
İran ABŞ ilə "çox acı təcrübə"dən sonra müzakirələri rədd etdiyini bildirdi
Abbas Əraqçi ABŞ-nin İrana hücum etməsinə baxmayaraq və fevral ayındakı Cenevrə sammitlərində "böyük irəliləyiş" əldə edilməsinə rəğmən, yenilənmiş görüşlərin masada olmadığını açıqladı
İran ABŞ ilə "çox acı təcrübə"dən sonra müzakirələri rədd etdiyini bildirdi
İranın xarici işlər naziri Abbas Əraqçi / Reuters
3 saat əvvəl

İranın xarici işlər naziri Abbas Əraqçi "çox acı bir təcrübə" kimi xarakterizə etdiyi hadisədən sonra ABŞ ilə yenidən müzakirə ehtimalını istisna edib.

Martın 9-da “PBS News” ilə müsahibəsində Əraqçi İranın yeni ali rəhbəri Müctəba Xameneyinin yenidən görüşlərə və ya atəşkəsə açıq olub-olmaması ilə bağlı sualı cavablandırıb. Bu barədə, "Hələlik hər hansı şərh verməsi üçün onun özü üçün çox tezdir" deyib.

Ancaq "Amerikalılarla təkrar danışmaq və ya onlarla yenidən müzakirə aparmaq mövzusunun gündəmdə olacağını zənn etmədiyini, çünki bilirsiniz, amerikalılarla danışmaq mövzusunda çox acı bir təcrübəmiz var" deyib.

Nazir Tehran və Vaşinqton arasındakı görüşlər davam edərkən keçən iyun ayında yaşanan 12 günlük müharibəyə işarə edərək, o dövrdə İsrail və ABŞ qüvvələrinin İranın nüvə obyektlərini hədəf aldığını bildirib.

Fevral ayının sonlarında Cenevrədə keçirilən ABŞ-İran nüvə müzakirələrinin ən son raunduna toxunan Əraqçi hər iki tərəfin Oman vasitəçiliyi ilə aparılan görüşləri konstruktiv kimi xarakterizə etdiyini söyləyib. Ancaq "üç raund müzakirədən sonra və Amerika nümayəndə heyətinin özünün 'böyük irəliləyiş əldə etdik' deməsinə baxmayaraq, yenə də bizə hücum etməyə qərar verdilər. Buna görə də artıq amerikalılarla danışmağın gündəmimizdə olacağını zənn etmirəm", deyə nazir vurğulayıb.

Regional gərginliklər

Əraqçi qlobal neft bazarlarındakı fasilələrə toxunarkən, İranın neft istehsalı və daşınmasındakı ləngimədən məsul olmadığını söyləyib:

"Bu bizim günahımız deyil. Bu bizim planımız deyil”.

Fasilələrin İsrail və Amerika Birləşmiş Ştatları tərəfindən həyata keçirilən hücumlardan mənbələndiyini irəli sürüb. Əraqçiyə görə, bu hücumlar bölgəni getdikcə daha qeyri-sabit və təhlükəli hala gətirib. Buna görə də tankerlər, gəmilər Hörmüz boğazından keçməyə qorxur.

Əraqçi İranın regional enerji infrastrukturuna yönəlmiş hücumlarla qəsdən neft tədarükünü məhdudlaşdırdığı barədə ittihamları da rədd edib.

Nazir "Bizə qarşı tamamilə qeyri-qanuni bir hücum var və bizim etdiyimiz hüquqa uyğun və qanuni olan özünümüdafiə hərəkətidir” deyib.

Əraqçi Tehranın bölgə ölkələrini, əgər Amerika Birləşmiş Ştatları İrana birbaşa hücum edərsə, İranın bölgədəki Amerika bazalarını və obyektlərini hədəf alaraq qarşılıq verəcəyi barədə xəbərdarlıq etdiyini əlavə edib və deyib: “Bunun nəticəsində müharibə bütün bölgəyə yayılacaqdır. Bunun məsulu biz deyilik".