SİYASƏT
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan: ''Türkiyə sülh tərəfdarıdır''
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın İrana qarşı davam edən hərbi əməliyyatlarla bağlı mövqeyinin "çox aydın" olduğunu bildirərək, ölkəsinin hər zaman sülhün tərəfdarı olduğunu vurğulayıb
Rəcəb Tayyib Ərdoğan: ''Türkiyə sülh tərəfdarıdır''
Rəcəb Tayyib Ərdoğan: ''Türkiyə sülh tərəfdarıdır'' / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın İrana qarşı davam edən hərbi əməliyyatlarla bağlı mövqeyinin "çox aydın" olduğunu bildirərək, ölkəsinin hər zaman sülhün tərəfdarı olduğunu vurğulayıb.

Prezident atəşkəs səylərinə toxunaraq gərginliyi azaltmaq və tərəfləri yenidən danışıqlar masasına qaytarmaq üçün intensiv diplomatik fəaliyyət göstərdiklərini qeyd edib. O, bölgədəki "yanğını" söndürməyin vacibliyini diqqətə çatdırıb.

Prezident R.T. Ərdoğan İsrail hökumətinin siyasətini də sərt şəkildə tənqid edib. O, İsrail xalqının belə Benyamin Netanyahunu "Holokostdan bəri baş vermiş ən böyük fəlakət" kimi xarakterizə etdiyini bildirib.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı başlatdığı birgə hava hücumları bölgədə gərginliyi yüksək həddə çatdırıb.

Bu hücumlar nəticəsində İranın ali dini lideri Əli Xamenei və 150-dən çox məktəbli qız da daxi olmaqla 1300-dən çox insan həyatını itirib.

Tehran administrasiyası bu zərbələrə cavab olaraq İsrail, İordaniya, İraq və ABŞ qüvvələrinin yerləşdiyi Körfəz ölkələrindəki müxtəlif hərbi hədəfləri PUA və raketlərlə atəşə tutub.

Araşdırma
D.Tramp bütün İranı havaya uçurmaqla hədələyib
V.Putin Kiyev rəhbərliyinin danışıqlar aparmaq istəmədiyini bildirib
Nikol Paşinyan:"Bizim Rusiya hərbi bazasına ehtiyacımız yoxdur"
Donald Tramp:"Ümid edirəm ki, İranla müharibənin bitməsinə az qalıb''
Hakan Fidan Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"