DÜNYA
2 dəqiqə oxuma
D.Tramp N.Maduro və həyat yoldaşının saxlanıldığını açıqladı
Venesuelaya qarşı həyata keçirilən genişmiqyaslı hücum zamanı ölkə prezidenti və həyat yoldaşının saxlanılaraq ölkədən çıxarıldığını bəyan edib
D.Tramp N.Maduro və həyat yoldaşının saxlanıldığını açıqladı
D.Tramp N.Maduro və həyat yoldaşının saxlanıldığını açıqladı / AFP

Donald Tramp yanvarın 3-də bildirib ki, rəsmi Vaşinqton Venesuelaya qarşı “böyük miqyaslı hücum” həyata keçirib və bu əməliyyat nəticəsində Venesuela dövlət başçısı Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq ölkədən çıxarılıb.

ABŞ prezidenti “Truth Social” platformasında paylaşdığı açıqlamada deyib:
“Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri olan prezident Nikolas Maduroya qarşı uğurla genişmiqyaslı hücum həyata keçirdi. Onun həyat yoldaşı və o, saxlanılaraq ölkədən çıxarıldı.”

D.Tramp bildirib ki, əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində icra olunub.

ABŞ prezidenti əməliyyatın təfərrüatlarının daha sonra açıqlanacağını, mətbuat konfransının isə Florida ştatında yerləşən “Mar-a-Lago” iqamətgahında saat 11:00-da keçiriləcəyini deyib.

Bundan əlavə, D.Tramp “The New York Times” (NYT) qəzeti ilə qısa telefon müsahibəsində hücumun uğurunu yüksək qiymətləndirərək deyib:
“Çox yaxşı planlaşdırma, çox-çox yaxşı əsgərlər və möhtəşəm insanlar var idi. Açığı, bu parlaq bir əməliyyat oldu.”

Əməliyyat üçün Konqresdən icazə alınıb-alınmadığı və Venesuela ilə bağlı növbəti addımların nədən ibarət olacağı sualına D.Tramp bu məsələlərin mətbuat konfransında açıqlanacağını söyləyib.

 

N.Maduro ABŞ nəzarətində

Hadisəylə bağlı ABŞ dövlət katibinin müavini Kristofer Landau N.Maduronun “nəhayət törətdiyi cinayətlərə görə ədalət qarşısında cavab verəcəyini” bildirib.

K.Landau “X” sosial şəbəkəsində paylaşım edərək yazıb:
“Venesuela üçün yeni bir sübh! Zülmkar getdi. O, nəhayət, cinayətlərinə görə ədalətlə üzləşəcək.”

Qeyd edək ki, ABŞ-nin Venesuelaya hücumları rəsmi Vaşinqtonun N.Maduronu narkotik qaçaqmalçılığı ilə əlaqələndirdiyi və aylarla davam edən gərginlikdən sonra baş verib.

“CBS News” rəsmi mənbələrə istinadla bildirib ki, N.Maduronun saxlanılması əməliyyatını ABŞ ordusunun xüsusi təyinatlı bölməsi “Delta Force” həyata keçirib.

ABŞ senatoru Mayk Li isə deyib ki, ABŞ dövlət katibi Marko Rubio ona N.Maduronun ABŞ-də cinayət ittihamları ilə mühakimə olunmaq üçün saxlanıldığını bildirib.

“N.Maduro artıq ABŞ nəzarətində olduğuna görə Venesuelada əlavə əməliyyat gözlənilmir”, - deyə M.Li qeyd edib.

Venesuelanın vitse-prezidenti Delsi Rodriges isə prezident N.Maduronun harada olduğu barədə “məlumatsız olduqlarını” bildirərək Donald Trampdan onun sağ olduğuna dair sübut tələb edib.

MƏNBƏ:TRT
Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib