DÜNYA
1 dəqiqə oxuma
İsrail Rəfahdakı tunellərdə qapalı qalan 40 “Həmas” üzvünü öldürdüyünü açıqladı
‘‘Həmas’’ İsrail ordusunun son iddialarına münasibət bildirməyib
İsrail Rəfahdakı tunellərdə qapalı qalan 40 “Həmas” üzvünü öldürdüyünü açıqladı
İsrail Rəfahdakı tunellərdə qapalı qalan 40 “Həmas” üzvünü öldürdüyünü açıqladı / AA

İsrail ordusu ötən həftə Qəzzanın cənubundakı Rəfahdakı tunellərdə qapalı qalan 40 ‘‘Həmas’’ üzvünü öldürdüyünü iddia edib.

Ordu noyabrın 30-da Rəfahın şərqindəki tunelləri məhv etməyə davam etdiyini və tunellərin içindəki silahlı ‘‘Həmas’’ üzvlərini zərərsizləşdirməyi hədəflədiyini bildirib.

Bəyanatda deyilir: “Ötən həftə tunellərin içərisində 40-dan çox silahlı zərərsizləşdirilib’’.

İsrail ordusu daha əvvəl yaydığı açıqlamada Rəfahda başqa Həmas döyüşçülərini öldürdüyünü və saxladığını da irəli sürmüşdü.

‘‘Həmas’’ isə İsrail ordusunun son iddialarına münasibət bildirməyib.

İsrail mediasının məlumatına görə, təxminən 200 ‘‘Həmas’’ üzvü Rəfahda yeraltı tunellərin içərisində qapalı vəziyyətdə qalıb. Rəsmi Təl-Əviv isə hələlik ‘‘Həmas’’ və vasitəçilərin bu döyüşçülərin qrupun nəzarətində olan ərazilərə təhlükəsiz keçidi ilə bağlı tələblərinə cavab verməyib.

Rəfah hələ də İsrail ordusu tərəfindən işğal olunan Qəzzanın “sarı xətt” adlandırılan bölgəsində yerləşir.

Oktyabrın 10-da Misir, Qətər və Türkiyənin vasitəçiliyi, ABŞ-ın isə dəstəyi ilə İsrail və ‘‘Həmas’’ arasında atəşkəs müqaviləsi qüvvəyə minib.

İsrail ordusunun 2023-cü ilin oktyabrından bəri Qəzzaya endirdiyi zərbələr nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 70 mindən çox insan həlak olub, təxminən 171 min adam isə yaralanıb.

Araşdırma
Küveyt Türkiyə və Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzaladığına görə Pakistanı təbrik edib
Tatarıstan Respublikasına qarşı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirildi
Hindistanda daşqın nəticəsində ölənlərin sayı 100-ə çatıb
Yunanıstanın paytaxtı Afinada Fələstinə dəstək yürüşü keçirilib
Pentaqon silah şirkətlərindən istehsalı sürətləndirməyi tələb edib
Paşinyan: "Ermənistan-Azərbaycan sülhü razılaşmadan bir il sonra görünən və hiss olunandır"
Rusiyanın endirdiyi zərbələr Kiyev yaxınlığında biri uşaq olmaqla üç nəfərin ölümünə səbəb olub
İƏT Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "tarixi" müdafiə sazişini alqışlayıb
Şahbaz Şərif Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə bir sıra görüşlər keçirəcək
Tailandda məktəbə hücum zamanı ən azı 7 nəfər həlak olub
Livanın cənubundakı partlayışda iki İsrail əsgəri həlak olub
ABŞ-nin nüvə hücumunun 81-ci ildönümündə Hiroşimada nüvə əleyhinə çağırışlar təkrarlandı
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində evləri yandırdı: 6 nəfər yaralandı
Rusiya ordusu paytaxt Kiyevi hava zərbələri ilə hədəf aldı: 14 nəfər öldü, 27 adam yaralandı
Misirdə 5,3 bal gücündə şiddətli zəlzələ baş verib
Donald Tramp İrana qarşı planlaşdırılan hücumu ləğv etdi
HƏMAS Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə razılaşmanı qəbul etdi
Rusiya və Ukrayna növbəti dəfə bir-birini hücum törətməkdə ittiham etdi
Yaponiyadakı zəlzələdə həlak olanların sayı 30-a çatdı
Ukrayna növbəti dəfə Rusiyaya hücum etdi: ölən və yaralananlar var