Türkiyə Dəyanət Vəqfi (TDV) İraqın Kərkük şəhərində ehtiyac sahibi yetim uşaqlara məktəb geyimi, məktəb ləvazimatı və maddi yardım paylayıb.
İraq Türkmənləri Qardaşlıq və Mədəniyyət Dərnəyi ilə koordinasiyalı şəkildə həyata keçirilən yardım aksiyasından Kərkükdə ehtiyac sahibi olan 150 yetim uşaq yararlanıb.
İraq Türkmənləri Qardaşlıq və Mədəniyyət Dərnəyinin sədri Hüseyn Kərim TDV-nin dəstəyi ilə ehtiyac sahibi yetim uşaqlara məktəb geyimi və ləvazimatının paylandığını, həmçinin maddi yardım göstərildiyini bildirib.
Hüseyn Kərim məktəblərin açılmasına az qalmış edilən bu yardımların yetim uşaqlar və onların ailələri üçün çox mühüm olduğunu vurğulayıb.
İraq Türkmənləri Qardaşlıq və Mədəniyyət Dərnəyinin İdarə Heyətinin üzvü Dərya Kaleli də ehtiyac sahibi və yetim uşaqların hər zaman yanında olan Türkiyə Dəyanət Vəqfinə təşəkkürünü bildirib.
Dərya Kaleli Türkiyədəki xeyriyyəçilərin ianələrinin ehtiyac sahiblərinə çatdırıldığını qeyd edib.























