SİYASƏT
1 dəqiqə oxuma
Ukrayna nümayəndə heyətinin rəhbəri fevralın 26-da ABŞ nümayəndələri ilə görüşəcək
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin vasitəçiliyi ilə Rusiya ilə keçiriləcək yeni sülh danışıqlarının mart ayının əvvəlində baş tuta biləcəyini açıqlayıb
Ukrayna nümayəndə heyətinin rəhbəri fevralın 26-da ABŞ nümayəndələri ilə görüşəcək
Ukrayna prezidenti Volodimir Zelenski / Reuters

Ukrayna dövlət başçısı bildirib ki, ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Ömərov fevralın 26-da ABŞ elçiləri Stiv Vitkoff və Cared Kuşner ilə görüşəcək. Kiyevdə keçirdiyi mətbuat konfransında danışan Zelenski bu görüşün əsasən Ukrayna üçün bərpa və dəstək paketi, Rusiya ilə nəzərdə tutulan üçtərəfli danışıqlara hazırlıq və hərbi əsirlərin mübadiləsi məsələlərinə fokuslanacağını qeyd edib.

Zelenski görüşün harada keçiriləcəyi barədə məlumat verməsə də, ABŞ elçisi Stiv Vitkoff daha əvvəl Kuşnerlə birlikdə fevralın 26-da İsveçrənin Cenevrə şəhərində olacaqlarını və orada Ukrayna nümayəndələri ilə görüşə biləcəklərini ifadə etmişdi.

"Az öncə Rüstəm Ömərovla danışdım. Onun sabah amerikalı müzakirəçilər Vitkoff və Kuşnerlə görüşü var. Həmçinin bu dəfə Ömərovu ilk dəfə olaraq iqtisadiyyat naziri də müşayiət edəcək. Bu, Amerika tərəfi ilə ikitərəfli bir görüş olacaq", -deyə Zelenski vurğulayıb.

Ukrayna lideri martın əvvəlində keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlar üçün hazırlıqların prioritet olduğunu əlavə edib: "Ömərova verdiyim tapşırıq ikitərəfli danışıqların detallarını müzakirə etməkdir. Bu sahədə humanitar istiqamətdə müsbət nəticələr əldə edəcəyimizə ümid edirik".

Qeyd edək ki, ABŞ-nin vasitəçiliyi ilə keçirilən Rusiya-Ukrayna sülh danışıqlarının əvvəlki raundu 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.

Araşdırma
Tramp İranla danışıqlar aparmadıqlarını və yaxın zamanda "nəsə baş verəcəyini" bildirib
V.Putin və S.Vitkoff Sankt-Peterburqda Ukraynadakı müharibəni müzakirə etdilər
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"