DÜNYA
1 dəqiqə oxuma
Filippində məktəbdə baş verən atışmada üç nəfər ölüb, beş nəfər yaralanıb
Filippinin Takloban şəhərindəki "San Jose" liseyində baş verən silahlı insident nəticəsində azı üç nəfər həlak olub, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Filippində məktəbdə baş verən atışmada üç nəfər ölüb, beş nəfər yaralanıb
Filippində məktəbdə baş verən atışmada üç nəfər ölüb, beş nəfər yaralanıb / Reuters

Filippinin Takloban şəhərindəki "San Jose" liseyində baş verən silahlı insident nəticəsində azı üç nəfər həlak olub, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yerli "The Inquirer" qəzetinin polis mənbələrinə istinadən yaydığı məlumata görə, hücumda şübhəli bilinən iki nəfərdən biri artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Digər şübhəlinin tutulması istiqamətində isə genişmiqyaslı axtarış tədbirləri davam etdirilir.

Hakimiyyət orqanları cinayətin başvermə səbəbləri hələ tam müəyyənləşmədiyi üçün qurbanların adlarını və onların şübhəlilərlə hər hansı bir əlaqəsinin olub-olmadığını hələlik açıqlamayıb. Faktla bağlı istintaq davam edir.