SİYASƏT
2 dəqiqə oxuma
Suriyada Əsəddən sonra ilk parlament seçkiləri sentyabr ayında keçiriləcək
Ali Seçki Komitəsi parlamentin tərkibini və yeni bölgü qaydasını açıqlayıb
Suriyada Əsəddən sonra ilk parlament seçkiləri sentyabr ayında keçiriləcək
Suriya
28 iyul 2025

Suriya Bəşər Əsəd rejiminin süqutundan sonra ilk parlament seçkilərini 15–20 sentyabr tarixləri arasında keçirməyi planlaşdırır. Bu barədə Ali Seçki Komitəsinin sədri Məhəmməd Taha əl-Əhmədin dövlət xəbər agentliyi SANA-ya verdiyi məlumata görə, seçkilərlə bağlı əsas hazırlıqlar artıq yekunlaşma mərhələsindədir.

Komitə sədri bildirib ki, 26 iyul tarixində Suriya prezidenti Əhməd Şəra ilə keçirilən görüş zamanı ölkə daxilində müxtəlif ictimai təbəqələrlə aparılan məsləhətləşmələrin nəticələri və müvəqqəti seçki qanunvericiliyində edilən mühüm dəyişikliklər müzakirə olunub. Prezident Ə.Şəra seçkilərin ölkənin bütün vilayətlərində keçirilməsinin zəruriliyini vurğulayaraq ərazi parçalanması ideyasını bir daha rədd edib.

M.Əhmədin sözlərinə görə, prezident həmçinin vurğulayıb ki, müharibə cinayətkarlarını dəstəkləyən və ya onlarla əməkdaşlıq edən şəxslərlə yanaşı, məzhəbçilik və separatizmi təşviq edənlər də seçki prosesindən kənarlaşdırılmalıdır.

Yeni qanunvericiliyə əsasən, parlamentdəki (Xalq Məclisi) yerlərin sayı 150-dən 210-a çıxarılacaq. Vilayətlər üzrə bölgü isə 2011-ci il əhalinin siyahıyaalınma məlumatlarına əsasən genişləndiriləcək. Yeni sistemə əsasən, bu 210 yerin 70-i birbaşa prezident tərəfindən təyin olunacaq.

M.Əhməd bildirib ki, prezidentin müvəqqəti seçki sisteminə dair fərmanı imzalamasından sonra, Ali Seçki Komitəsi təxminən bir həftə ərzində alt komitələri formalaşdıracaq. Bu alt komitələr isə 15 gün ərzində yerli seçki orqanlarını müəyyənləşdirəcək.

Namizədlərin qeydiyyatı bu mərhələdən sonra başlayacaq və onlara seçki kampaniyalarını hazırlamaq üçün bir həftə vaxt veriləcək. Kampaniya müddətində, namizədlər və komitə üzvləri arasında açıq debatların keçirilməsi də planlaşdırılır.

Komitə sədri, seçkilərin 15–20 sentyabr tarixlərində keçirilməsinin planlaşdırıldığını təsdiqləyib və seçki komitələrinin tərkibində qadınların ən azı 20 faiz təşkil edəcəyini bildirib.

M.Əhməd həmçinin qeyd edib ki, seçki prosesi həm yerli vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də beynəlxalq təşkilatların müşahidəsinə açıq olacaq. Ali Seçki Komitəsi namizəd siyahıları və yekun nəticələrlə bağlı hüquqi etiraz imkanlarının təmin olunacağını da bəyan edib.

Suriya Prezident Aparatı 26 iyulda müvəqqəti seçki qanununun son versiyasının təsdiqləndiyini açıqlayıb.

Qeyd edək ki, 13 iyun tarixində prezident Əhməd Şəra tərəfindən Ali Seçki Komitəsinin yaradılması ilə bağlı fərman imzalanmışdı. Əvvəlcə parlamentdə 150 yer nəzərdə tutulsa da, daha sonra bu say 210-a qədər artırılıb.

Yeni qanunvericiliyə əsasən, Komitə seçki orqanlarının formalaşdırılmasından məsul olacaq. Parlamentin üçdə ikisi xalq tərəfindən, qalan üçdə biri isə prezidentin təyinatı ilə formalaşdırılacaq. Seçki bölgələri vilayətlərin əhali sıxlığına əsasən bölüşdürüləcək və cəmiyyət liderləri ilə ziyalı təbəqəyə xüsusi kvotalar ayrılacaq.

MƏNBƏ:TRT Global
Araşdırma
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb