TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə və Aİ dəmir yolu yük daşımalarında əməkdaşlığı gücləndirir
Nazir A.Uraloğlu Aİ və Türkiyə tərəfindən ortaq maliyyələşdirilən U-IMT layihəsinin məqsədini açıqlayıb
Türkiyə və Aİ dəmir yolu yük daşımalarında əməkdaşlığı gücləndirir
Türkiyə və Aİ dəmir yolu yük daşımalarında əməkdaşlığı gücləndirir

"Türkiyə Dəmir Yolu Sektorunda İntermodal Daşıma Xidmətlərinin Gücləndirilməsi” (U-IMT) layihəsi iyunun 30-da başa çatıb Bu barədə Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu sosial media platforması "NSosyal"dakı hesabında paylaşım edib.

Nazir A.Uraloğlu Türkiyə ilə Avropa İttifaqı arasında dəmir yolu yük daşımaları sahəsi üzrə əməkdaşlığından bəhs edərək bildirib ki, "Türkiyə Dəmir Yolu Sektorunda İntermodal Daşıma Xidmətlərinin Güçləndirilməsi” (U-IMT) layihəsinin bağlanış toplantısı Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun iştirakı ilə keçirilib.

A.Uraloğlu etdiyi paylaşımda deyib: “Biz Orta Dəhlizin daşıma imkanlarını artıracaq ortaq hədəflər istiqamətində işlərimizi davam etdiririk. Bu layihə eyni zamanda Türkiyənin qlobal ticarətdəki strateji mövqeyini daha da möhkəmləndirəcək”.

Qeyd edilir ki, Aİ və Türkiyə tərəfindən birgə maliyyələşdirilən layihə xüsusi məqsədlə hazırlanıb. Layihənin məqsədi Türkiyə dəmir yolu sektorunda intermodal yük daşınması xidmətlərini inkişaf etdirməkdir. Eyni zamanda daha təhlükəsiz, ətraf mühitə zərər verməyən və balanslaşdırılmış daşıma sisteminə keçidi dəstəkləmək hədəflənir.

Layihə ilə həmçinin intermodal yük daşımaları üçün fəaliyyət planının hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, strateji infrastruktur ehtiyaclarının müəyyən edilməsi və Türkiyənin müvafiq nəqliyyat qurumlarının institusional potensialının gücləndirilməsi də hədəflər arasındadır.

Vurğulamaq lazımdır ki, Orta Dəhliz (digər adıyla Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) alternativ ticarət yolu kimi böyük əhəmiyyət qazanıb. Bu dəhliz Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzərindən Asiya ilə Avropanı bir-birinə bağlayır.

Nazir A.Uraloğlu proqramda iştirak etdiyi üçün Aİ-nin nümayəndəsi Marta Kosa təşəkkür edərək Türkiyə-Aİ əməkdaşlığına verdiyi töhfələrə görə minnətdarlığını bildirib.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyədəki ikili vətəndaşlar Bolqarıstandakı seçkilərdə səs verməyə çağırılıb
Rəcəb Tayyib Ərdoğan və Mark Karni birgə mətbuat konfransında çıxış ediblər
Prezident Ərdoğan TDT-nin Baş katibi Ömüralıyevi qəbul edib
7 ölkənin xarici işlər nazirləri İstanbulda görüş keçirəcəklər
İstanbul Hava Limanı "ən yaxşı bağlantı təmin edən hava limanı" mükafatına layiq görüldü
Kanada Baş naziri Mark Karni Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi