TÜRKİYƏ
2 dəqiqə oxuma
B.Duran: “İsrailin Qəzzadakı cinayətləri sistematik soyqırım və işğaldır”
Burhanəddin Duran beynəlxalq ictimaiyyəti ədalətin çökməsi və dərinləşən humanitar böhran barədə xəbərdar edib
B.Duran: “İsrailin Qəzzadakı cinayətləri sistematik soyqırım və işğaldır”
Türkiyə prezidenti administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Burhanəddin Duran / Anadolu Agency

Türkiyə prezidenti administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Burhanəddin Duran oktyabrın 7-də (bu gün) Qəəzada davam edən soyqırımın ikinci ilində, 67 min nəfərdən çox insanın həyatını itirdiyi faciəni anmaq məqsədilə etdiyi açıqlamada, İsrailin Qəzzadakı qətliamını sistematik soyqırım və işğal həqiqəti kimi qiymətləndirib.

Bu barədə B.Duran yerli sosial media platforması “NSosyal”da etdiyi paylaşımda yazıb: “Yaşanan bu faziə təkcə Fələstin xalqının tragediyası deyil, həm də beynəlxalq ictimaiyyəti, hüququn və insanlıq dəyərlərinin sorğulandığı utancverici bir hadisədir”.

Dövlət rəsmisi B.Duran həmçinin beynəlxalq ictimaiyyətin susqunluğunu ədalət mexanizmlərinin çökməsi kimi qiymətləndirib. B.Duran bildirib ki, İsrailin 7 oktyabr 2023-cü il tarixində Qəzzaya başlatdığı hücumların və ardınca tətbiq etdiyi soyqırımın ikinci ildönümüdür.

“Bombardmanlar, blokada və sistematik dağıntılar on minlərlə mülki şəxsin, qadınların və uşaqların həyatına son qoydu. Dünyanın gözü qarşısında bir xalq yaşadığı torpaqlardan, ən fundamental həyat hüquqlarından məhrum edildi. Qəzzada baş verənlər bir müharibə deyil; sistematik şəkildə aparılan soyqırım və işğal həqiqətidir”, - B.Duran çıxışında qeyd edib.

O, Türkiyənin bu həqiqəti əvvəldən açıq şəkildə dilə gətirdiyini, ədalətin, insan ləyaqətinin və məzlumların yanında olduğunu vurğulayaraq deyib: “Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həm diplomatik platformalarda, həm də humanitar yardım sahəsində bu mövqe qətiyyətlə davam etdirilir. Fələstinlilərin səsi eşidilənə, ədalət bərqərar olana qədər bu mübarizə davam edəcək.”

Bundan əlavə, B.Duran bölgədə davam edən humanitar böhranı vurğulayan “Bitməyən Soyqırım: Qəzza” adlı video paylaşıb.

MƏNBƏ:TRT
Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib