TÜRKİYƏ
2 dəqiqə oxuma
H.Fidan Brüsseldə keçiriləcək NATO toplantısında iştirak edəcək
Toplantıda NATO-nun təhlükəsizlik prioritetlərinə yenidən baxılacaq, Ukrayna müharibəsi və 2026 NATO Zirvəsinə hazırlıq müzakirə olunacaq
H.Fidan Brüsseldə keçiriləcək NATO toplantısında iştirak edəcək
H.Fidan Brüsseldə keçiriləcək NATO toplantısında iştirak edəcək / AP

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan alyansın baş qərargahında keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün dekabrın 3-də Brüsselə səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi dekabrın 2-də (bu gün) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, nazir H.Fidan toplantı çərçivəsində NATO-nun baş katibi Mark Rutte, Avropa İttifaqının xarici siyasət üzrə nümayəndəsi Kaya Kallas, Aİ-nin Genişləndirmə üzrə komissarı Marta Kos, Böyük Britaniyanın xarici işlər naziri Yvette Kuper, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares və digər tərəfdaşlarla bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bildirilir ki, bu il keçirilən nazirlər toplantısı xüsusi əhəmiyyət daşıyır. Belə ki, iyun ayında Haaqada qəbul edilən qərarlar yenidən nəzərdən keçiriləcək. Həmçinin bu toplantıda Türkiyənin 2026-cı il 7–8 iyul tarixlərində Ankarada ev sahibliyi edəcəyi NATO Liderlər Zirvəsi ərəfəsində xarici işlər nazirləri ilk əhatəli fikir mübadiləsi aparacaqlar.

 

Toplantı iki sessiyadan ibarət olacaq

İlk sessiya NATO-nun xarici işlər nazirlərinə həsr olunacaq və alyansın gündəliyində olan əsas məsələlər müzakirə ediləcək. Danışıqlarda Rusiya–Ukrayna müharibəsi əsas mövzu olacaq.

Nazirlər həmçinin NATO-nun şərq cinahındakı son vəziyyəti, alyansın cənubdakı qonşularından qaynaqlanan problemləri, Balkanlardakı vəziyyəti və Asiya–Sakit okean bölgəsindəki proseslərin Avro–Atlantik məkanının təhlükəsizliyinə təsirlərini qiymətləndirəcəklər.

Diplomatik mənbələr bildirir ki, H.Fidan Türkiyənin müasir hərbi imkanları və müdafiə sənayesi vasitəsilə NATO və Avropa təhlükəsizliyinə verdiyi güclü töhfələri vurğulayacaq.

Bundan əlavə, H.Fidanın müttəfiqlərini Ankara zirvəsinə hazırlıq barədə məlumatlandırması, Avropanın müdafiə sahəsinin gücləndirilməsi səylərinin NATO-nun fəaliyyəti ilə tamamlayıcı olması gərəkdiyini xatırlatması və Aİ-nin müdafiə təşəbbüslərinin Aİ-yə üzv olmayan bütün müttəfiqlərə açıq qalmasının vacibliyini qeyd etməsi gözlənilir.

Həmçinin nazir H.Fidanın müttəfiqlər arasında müdafiə sənayesi əməkdaşlığının qarşısındakı maneələrin aradan qaldırılması gözləntisini də yenidən dilə gətirəcəyi bildirilir.

 

Ukrayna müharibəsi

Toplantının ikinci sessiyasında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Kaya Kallasın iştirakı ilə NATO–Ukrayna Şurası toplanacaq.

Görüşlər müharibənin gedişatı, münaqişənin dayandırılmasına yönəlmiş diplomatik təşəbbüslər və Ukraynanın islahat gündəmi üzərində cəmləşəcək.

Bildirilir ki,  Türkiyə XİN rəhbəri H.Fidan rəsmi Ankaranın Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayacaq, Ankara hökumətinin göstərdiyi yardımlarla bağlı təfərruatlı məlumat paylaşacaq, ədalətli və uzunmüddətli sülhün təmin olunması üçün diplomatiyaya imkan verilməsinin vacibliyini qeyd edəcək.

Bununla da Türkiyənin müharibənin sona çatdırılması, Avro–Atlantik məkanda sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə və bütün tərəflərlə dialoqu davam etdirməyə sadiq olduğu bir daha vurğulanacaq.

MƏNBƏ:TRT
Araşdırma
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi
Türkiyə Kanadadakı hərbi bazada baş verən partlayışla bağlı bu ölkəyə başsağlığı verdi
Rəcəb Tayyib Ərdoğan: "Bu gün enerji sahəsində yeni bir səhifə açırıq"
Türkiyə İsrailin beynəlxalq hüquq pozuntularına qarşı beynəlxalq fəaliyyətə çağırıb
Hakan Fidan CICA Dövlət və Hökumət Başçıları Şurasının yeddinci iclasında iştirak edəcək
İspaniya milli reaktiv təyyarəmiz "Hürjet"ə böyük maraq göstərir
Prezident Ərdoğan: "Türkiyə Səudiyyə Ərəbistanının yanındadır"