TÜRKİYƏ
2 dəqiqə oxuma
MİT DEAŞ-ın qondarma başçılarından Talip Güləri yaxalayıb
DEAŞ terror örgütünün "Faruk Ofisi" kimi tanınmış qondarma Türkiyə vilayəti strukturunun başçısı Talip Gülər Suriyada yaxalanaraq Türkiyəyə gətirilib
MİT DEAŞ-ın qondarma başçılarından Talip Güləri yaxalayıb
MİT terror təşkilatı İŞİD-in qondarma rəhbərlərindən Talip Güləri yaxalayıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) terror təşkilatı DEAŞ-a qarşı keçirdiyi əməliyyat nəticəsində təşkilatın qondarma Türkiyə vilayəti strukturunda fəaliyyət göstərən və sarı bültenlə axtarışda olan "Abdüsselam Türki" ləqəbli Talip Gülər yaxalanaraq Türkiyəyə gətirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT DEAŞ terror təşkilatının "Faruk Ofisi" kimi tanınan Türkiyə vilayəti strukturuna qarşı əməliyyat təşkil edib.

Aparılan kəşfiyyat işləri nəticəsində "Abdüsselam Türki" ləqəbli Talip Gülərin 2021-ci ildən əvvəl DEAŞ-ın qondarma "Türkiyə vilayəti məsulu" və "Faruk Ofisi"nin qondarma maliyyə məsulu kimi fəaliyyət göstərən və 2021-ci ildə keçirilən əməliyyatla Türkiyəyə gətirilən Kasım Gülerin qardaşı olduğu müəyyən edilib.

Həyata keçirilən tədbirlər nəticəsində sarı bültenlə axtarılan Talip Gülərin 2014-cü ilin yanvar ayında qanunsuz yollarla Suriyaya keçdiyi müəyyən olunub. Talip Gülərin Suriyadakı fəaliyyətini başda böyük qardaşı Kasım Gülər olmaqla, təşkilatın digər məsul şəxsləri ilə əlaqəli şəkildə yürütdüyü müəyyən edilib.

Terror təşkilatı DEAŞ-ın qondarma "Türkiyə vilayəti məsulu" Kasım Gülərin yaxalanmasından sonra qardaşı Talip Gülər barəsində də araşdırmaları dərinləşdirən MİT fəaliyyətini addım-addım təqib etdiyi terrorçunun münaqişə bölgələrindən Türkiyəyə gətirilməsini təmin edib.

Türkiyəyə gətirilən Talip Gülər ifadəsində təşkilat adından yürütdüyü fəaliyyətləri etiraf edib.

Talip Gülər ifadəsində Türkiyədəki radikallaşma prosesi, qaçaq yollarla Suriyaya keçməsi, DEAŞ-a qoşulması və keçmiş dövrdə qondarma maliyyə məsulu kimi fəaliyyət göstərən qardaşı Kasım Gülər ilə birlikdə təşkilat daxilində həyata keçirdiyi fəaliyyətlərə dair detalları danışıb.

MİT tərəfindən yürüdülən bu işlər nəticəsində terror təşkilatı DEAŞ-a qarşı Türkiyəyə yönəlmiş fəaliyyət planlarının qarşısının alınması, təşkilatın yeni üzvlər qazanmaq cəhdlərinin ifşa edilməsi və terror planlarının ələ keçirilməsi istiqamətində qətiyyətli mübarizənin davam etdirildiyi bildirilib.

Araşdırma
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Prezident R.T.Ərdoğan Livan Prezidenti C.Aunu qəbul edib
“Sabiha Gökçen” hava limanı sərnişin artımına görə Avropanın nəhəng hava limanları geridə qoydu
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib
Türkiyə Prezidenti R.T.Ərdoğan Ankarada keçirilən İkinci Kommunikasiya Şurasında iştirak edib
Türkiyə dövləti İspaniyanın ardından Fransaya da yanğınsöndürən təyyarələr göndərdi
E.Makron Fransaya yanğınsöndürmə təyyarəsi göndərən Türkiyəyə təşəkkür edib
H.Fidan BMT-nin Baş katibi A.Quterreş ilə Kipr, Suriya və bir sıra regional məsələləri müzakirə edib
COP31-də könüllü olmaq istəyənlərin nəzərinə
Prezident R.T.Ərdoğan Ayasofyanın ibadətə açılmasının 6-cı ildönümünü münasibəti ilə paylaşım edib
Türkiyə “Eurofighter” təlimi üçün Böyük Britaniyaya ilk pilotlarını göndərir
NATO-nun "Ön qapı" təşəbbüsü Türkiyə ilə müdafiə əməkdaşlığının gücləndirilməsinə imkan yaradır
ASEAN Türkiyəyə Dialoq Tərəfdaşı statusu verdi