TÜRKİYƏ
2 dəqiqə oxuma
Ərdoğan: "Suriyaya qaz tədarükü regional təhlükəsizliyi dəstəkləyəcək"
Prezident Ərdoğan Türkiyə və Azərbaycanın Suriyaya təbii qaz tədarükünün regional təhlükəsizliyi və inkişafı dəstəkləyəcəyini bildirdi
Ərdoğan: "Suriyaya qaz tədarükü regional təhlükəsizliyi dəstəkləyəcək"
Prezident Rəcəb Tayyib Ərdoğan / Anadolu Agency

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının bu ölkənin inkişafına və regional təhlükəsizliyə mühüm töhfə verdiyini söyləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb.

Ərdoğan son dövrdəki regional proseslərin Azərbaycanla birgə atılan enerji addımlarının əhəmiyyətini bir daha nümayiş etdirdiyini və iki ölkənin, bir zamanlar region üçün qeyri-mümkün görünən bir çox meqa layihəni həyata keçirməyə davam etdiyini bildirib.

Dövlət başçısı müraciətində regionda baş verən hadisələr fonunda Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb:

"Bir zamanlar region üçün xəyal hesab olunan meqalayihələr Azərbaycanla birgə uğurla icra edilib və bu istiqamətdə əməkdaşlıq davam edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi qeyd etmək olar. Eyni zamanda "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri çərçivəsində əməkdaşlıq daha da dərinləşib".

Ərdoğan həmçinin 2025-ci ildə istifadəyə verilən İğdır-Naxçıvan təbii qaz kəmərinin Naxçıvanın enerji təchizatının təhlükəsizliyini daha da möhkəmləndirdiyinə vurğulayıb:

"Türkiyə ilə Azərbaycan arasında elektrik enerjisi bağlantılarının strateji əhəmiyyət daşımağa davam edəcəyinə ümidvaram. Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında "Yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti" layihəsinin həyata keçirilməsi regionumuzun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək".

Regional enerji marşrutlarına toxunan Prezident Ərdoğan Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracının əməkdaşlığı inkişaf etdirmək məsələsində böyük imkanlar yaratdığını qeyd edib.

Ərdoğan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Qazaxıstanın təbii ehtiyatlarını Qərb bazarlarına daşımaq üçün getdikcə daha çox istifadə olunduğunu da diqqətə çatdırıb.

Prezident Türkiyənin səmərəlilik və ətraf mühitə hörmət prinsipi əsasında, bərpa olunan və yaşıl enerji də daxil olmaqla, enerjinin bütün aspektlərində effektivliyi təmin etmək vizyonuna sahib olduğun bildirib.

Ərdoğan Türkiyənin 9-20 noyabr tarixlərində Antalyada COP31 sammitinə ev sahibliyi edərək, qlobal iqlim fəaliyyətində qabaqcıl və nümunəvi ölkələr arasında yer almaq qətiyyətini möhkəmləndirəcəyini də sözlərinə əlavə edib.