DÜNYA
2 dəqiqə oxuma
Qəzzaya yardım etmək üçün yola çıxan "Qlobal Sumud" donanması Misirin şimal sahillərinə yaxınlaşır
Qəzza üzərindəki mühasirəni yarmaq üçün Beynəlxalq Komitə bildirib ki, İsrailin istənilən an onlara qarşı hərbi cinayət törədəcəyini gözləyirlər
Qəzzaya yardım etmək üçün yola çıxan "Qlobal Sumud" donanması Misirin şimal sahillərinə yaxınlaşır
"Qlobal Sumud" donanması / Reuters

Qəzza Blokadasını Yarmaq üzrə Beynəlxalq Komitə,- İsrailin onlara qarşı istənilən vaxt müharibə cinayəti törədə biləcəyini gözlədiklərini açıqlayıb. Komitənin təşkilatçıları, Qəzzaya doğru yola çıxan “Qlobal Sumud” yardım donanmasının Misirin Aralıq dənizi sahilində yerləşən Marsa Matruh şəhərinin şimalına çatdığını bildiriblər.

Sentyabrın 28-də “X” platformasında verilən açıqlamaya görə, donanmanın bir neçə saat ərzində İskəndəriyyə şəhərinin şimalındakı sulara doğru yelkən açacağı gözlənilir.

"Qəzzaya yaxınlaşdıqca sionistlərin bizə qarşı istənilən anda müharibə cinayəti törədə biləcəyini gözləyirik”,-deyə açıqlamada bildirilib.

Donanmanın açıqlamasında qeyd edilib ki, lider gəmi OHWAYLA və ALL IN hazırda Qəzzaya cəmi 678 kilometr məsafədədir və təxminən 3-4 gün ərzində çatacağı gözlənilir. Yardım donanmasına yeni iki gəminin əlavə olunması ilə ümumi gəmi sayı 44-ə çatıb.

Açıqlamada həmçinin bildirilib: "Donanma cəmi iki gün ərzində yüksək riskli bölgəyə daxil olacaq. Qətiyyətimiz tamdır, lakin bu an qlobal həmrəylik və diqqətin ən çox tələb olunduğu andır".

Komitə daha əvvəl jurnalistlər və səhiyyə işçilərini daşıyan bir gəminin İsrail blokadası altındakı Qəzzaya göndəriləcəyini elan etmişdi.

Yola çıxacaq gəminin 1 oktyabr tarixində 100-dən çox beynəlxalq media nümayəndəsi və həkimi daşıyacağı qeyd olunub.

İsrailin müdaxiləsi ehtimalı

İsrailin dövlət yayımçısı KAN İsrailin yardım donanmasını əngəlləmək və nəzarət altına almaq üçün hazırlıq gördüyünü, donanmanın dörd gün ərzində Qəzzə sahillərinə çatmasının gözləndiyini, bu zamanın isə Yəhudi Yom Kippur bayramı ilə üst-üstə düşdüyünü xəbər verib.

Məlumata görə, İsrailin dəniz komandoları birliyi “Shayetet 13” son günlərdə "gəmiləri dənizdə ələ keçirmək" üçün təlimlər keçirib və bu təlimlərin "iştirakçılara zərərin minimuma endirilməsini" məqsəd qoyduğu iddia edilib.

İsrail həmçinin, donanmanın təşkilatçılarına humanitar yardımı Aşkelon limanı, Cənubi Kıbrıs (Kipr) və ya Vatikan vasitəsilə göndərməyi təklif etsə də, təşkilatçılar bu təklifi rədd edib. Tel-Əvivin bu hərəkəti məqsədli provokasiya hesab etdiyi bildirilir.

Əgər gözlənilən İsrail əməliyyatı baş verərsə, bu, iyun və iyul aylarında “Madleen” və “Handala” yardım gəmilərinin də qarşısının alınmasına bənzəyəcək.

Donanma Qəzzaya tətbiq olunan İsrail blokadasını qırmaq və xüsusilə tibbi ləvazimatların çatdırılması məqsədilə bu ayın əvvəlində yola çıxıb.

2024-cü il martın 2-dən bəri İsrail Qəzzanın keçid nöqtələrini tamamilə bağlayaraq ərzaq və yardım karvanlarını əngəlləyib və bölgədə aclıq şəraitini ağırlaşdırıb.

İsrailin işğalçı qüvvələri Qəzzaya gedən gəmiləri dayandırmaq, ələ keçirmək və fəalları ölkədən çıxarmaq kimi keçmişi var. Tənqidçilər bu cür əməliyyatları dəniz quldurluğu kimi qiymətləndirirlər.

İsrail ordusunun məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 66 mindən çox fələstinli həlak olub. Davam edən bombardmanlar bölgəni yaşamaq üçün əlverişsiz edib, aclıq və xəstəliklərin yayılmasına səbəb olub.

Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib