DÜNYA
2 dəqiqə oxuma
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi “hazırlıq mərhələsindədir”
Pakistanın müdafiə istehsalı naziri Raza Hayat Harrac üç ölkənin saziş layihəsi üzərində danışıqlar apardığını bildirərkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan da bu təmasları təsdiqləyib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi “hazırlıq mərhələsindədir”
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi “hazırlıq mərhələsindədir” / TRT World
16 yanvar 2026

Pakistanın müdafiə istehsalı naziri Raza Hayat Harrac bildirib ki, təxminən bir il davam edən danışıqlardan sonra Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişinin layihəsi hazırlanıb. Bu addım regional təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş mümkün təşəbbüs kimi qiymətləndirilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıqların aparıldığını təsdiqləsə də, indiyədək hər hansı bir sazişin imzalanmadığını vurğulayıb.

Pakistanın müdafiə istehsalı naziri Raza Hayat Harrac yanvarın 15-də “Reuters” xəbər agentliyinə verdiyi açıqlamada təklif olunan üçtərəfli razılaşmanın ötən il Pakistan və Səudiyyə Ərəbistanı arasında elan edilmiş ikitərəfli müdafiə sazişindən ayrı olduğunu bildirib.

Harrac qeyd edib ki, sazişin yekunlaşdırıla bilməsi üçün üç ölkə arasında son razılaşma əldə olunmalıdır.

“Pakistan–Səudiyyə Ərəbistanı–Türkiyə üçtərəfli sazişi artıq hazırlıq mərhələsində olan bir məsələdir”, -deyən Harrac əlavə edib: “Saziş layihəsi artıq bizdə var. Səudiyyə Ərəbistanında da eləcə. Türkiyədə də var. Üç ölkə bu layihə üzərində danışıqlar aparır. Bu sənəd artıq 10 aydır gündəmdədir”.

Harrac bildirib ki, bu danışıqlar genişmiqyaslı qeyri-sabitlik şəraitində üç regional gücün müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə ortaq marağını əks etdirir.

Səudiyyə Ərəbistanı və Pakistan yaxın vaxtlarda Strateji Qarşılıqlı Müdafiə Sazişi imzalayıblar. Bu sazişə əsasən, “tərəflərdən hər hansı birinə edilən hücum hər iki ölkəyə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək”.

Hakan Fidan danışıqların davam etdiyini bildirib

Yanvarın 15-də İstanbulda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıqların aparıldığını təsdiqləyib, lakin hələlik hər hansı sazişin imzalanmadığını vurğulayıb.

Mümkün üçtərəfli sazişlə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirən Fidan bu təmasların dar çərçivəli ittifaq yaratmaqdan daha çox, geniş regional əməkdaşlıq kontekstində dəyərləndirilməli olduğunu söyləyib.

Fidan region ölkələri arasında etimadın vacibliyini vurğulayaraq, münaqişə, terror və xarici müdaxiləni qızışdıran parçalanmaların aradan qaldırılmasının zəruri olduğunu bildirib.

“Bizim təklifimiz budur: regionun bütün ölkələri bir araya gələrək iqtisadi əməkdaşlığı təhlükəsizlik platformasına çevirməlidir”, -deyə Fidan bildirib.

Ölkələrin “bir-birinə güvənməsi” halında regional problemlərin də həll oluna biləcəyini qeyd edən Fidan əlavə edib: “Hazırda görüşlər, müzakirələr var, lakin hələ heç bir saziş imzalanmayıb. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın baxışı daha geniş, daha böyük əməkdaşlıq və sabitlik yaradan inklüziv platformanın formalaşdırılmasıdır”.

Fidan çıxışında Pakistan və ya Səudiyyə Ərəbistanının adını birbaşa çəkməsə də, Türkiyənin uzunmüddətli regional təhlükəsizliyi təmin edən və etimadı artıran təşəbbüslərə açıq olduğunu bildirib.

İslamabad və Ankaradan verilən açıqlamalar danışıqların hələ məsləhətləşmə mərhələsində olduğunu göstərsə də, üç ölkə arasında davam edən diplomatik əlaqələrin mövcudluğunu ortaya qoyur.


Araşdırma
Liviyada təcili yardım helikopteri qəzaya uğrayıb
Kolumbiyada rekord həddə yağan yağış ölümcül daşqınlara və torpaq sürüşmələrinə səbəb olub
Yaponiyada güclü qar yağışı 46 nəfərin ölümünə səbəb olub
Liviya sahillərində qayıq aşıb, ikisi körpə olmaqla 53 miqrant ölüb və ya itkin düşüb
İsak Hersoqun Avstraliyaya səfəri zamanı Fələstin tərəfdarı etirazlar keçirilib
İsrail qüvvələri atəşkəs davam edərkən Rəfahın şərqində daha dörd fələstinlini öldürüb
Suriyanın şimal-qərbində baş verən qəfil daşqınlar yüzlərlə insanı evsiz qoyub
Rusiyaya məxsus dronlar Odessa və Xarkova zərbələr endirib, ən azı üç nəfər ölüb
Nigeriyada yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var
Livanda beşmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb
Cənubi Koreyada "AH-1S Cobra" helikopteri qəzaya uğrayıb
Hindistanda kömür mədənində baş verən partlayışda ölənlərin sayı 27-yə çatıb
Çin və Cənubi Koreya 15 ildən sonra birgə SAREX təlimlərini bərpa etməyi müzakirə etdi
Karni: "Türkiyə Kanada üçün həyati tərəfdaşdır"
Qətərdə keçirilən “Ərəb Körfəzi Təhlükəsizliyi–4” təlimi başa çatıb
İsrail 54 fələstinlinin cəsədini təhvil verib
İsrailin bir zabitin yaralandığını iddia etməsindən sonra Qəzzada doqquz fələstinli həlak olub
Pakistanın Bəlucistan bölgəsində baş verən terror hücumlarında ölənlərin sayı 250-yə çatıb
Miqrantları daşıyan qayıq Yunanıstan Sahil Mühafizəsinin gəmisi ilə toqquşub: 14 nəfər həlak olub
İndoneziyada Semeru vulkanı püskürüb