TÜRKİYƏ
1 dəqiqə oxuma
ABŞ-də keçirilən məktəblərarası bilik yarışmasının qalibləri Türkiyəyə səfər edəcək
24-cü “Academic World Quest” bilik yarışmasının qalibləri Vaşinqtonda keçirilən mərasimdə elan edilib
ABŞ-də keçirilən məktəblərarası bilik yarışmasının qalibləri Türkiyəyə səfər edəcək
ABŞ-də keçirilən məktəblərarası bilik yarışmasının qalibləri Türkiyəyə səfər edəcək / TRT World

ABŞ-də ölkə üzrə məktəblər arası keçirilən akademik yarışmanın qalibləri yaxın vaxtlarda Türkiyəyə səfər edəcək.

Amerika Dünya İşləri Şuraları (WACA) tərəfindən təşkil edilən 24-cü “Academic World Quest” (Akademik Dünya Bilik Yarışı) bilik yarışmasının qalibləri 27-28 aprel tarixlərində baş tutan iki günlük tədbirdən sonra Vaşinqtondakı Milli Mətbuat Klubunda keçirilən mükafatlandırma mərasimində açıqlanıb.

ABŞ-nin İndiana ştatındakı Karmel Liseyinin şagirdləri ölkənin müxtəlif bölgələrindən qatılan komandaları geridə qoyaraq bu il birinci olublar.

Dörd nəfərdən ibarət qalib komandaya və onların müəlliminə “Türk Hava Yolları”nın Vaşinqton üzrə müdiri İsmayıl Öztürk tərəfindən İstanbula gediş-dönüş biletləri təqdim olunub.

Ötən il fərqli bir məktəbdən qalib olan şagirdlər də eyni sponsorluq çərçivəsində biletlərlə təmin edilmişdi.

Qeyd edək ki, yarışmada ümumilikdə 34 lisey komandası iştirak edib. Yarış çərçivəsində cari hadisələr, FIFA Dünya Kuboku və qəhvə ilə şokolad kimi əmtəə mövzuları da daxil olmaqla qlobal məsələləri əhatə edən 10 tur sual verilib.

Təşkil olunan yarışmanın məqsədi lisey şagirdləri arasında qlobal məsələlərə dair məlumatlılığın və anlayışın artırılmasıdır.

MƏNBƏ:TRT
Araşdırma
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi
Türkiyə Kanadadakı hərbi bazada baş verən partlayışla bağlı bu ölkəyə başsağlığı verdi
Rəcəb Tayyib Ərdoğan: "Bu gün enerji sahəsində yeni bir səhifə açırıq"
Türkiyə İsrailin beynəlxalq hüquq pozuntularına qarşı beynəlxalq fəaliyyətə çağırıb
Hakan Fidan CICA Dövlət və Hökumət Başçıları Şurasının yeddinci iclasında iştirak edəcək
İspaniya milli reaktiv təyyarəmiz "Hürjet"ə böyük maraq göstərir
Prezident Ərdoğan: "Türkiyə Səudiyyə Ərəbistanının yanındadır"