SİYASƏT
2 dəqiqə oxuma
Rusiya Böyük Britaniya və Fransanı Ukraynanı nüvə silahı ilə təmin etmək cəhdində ittiham edib
Rusiya parlamenti beynəlxalq təşkilatları və qanunvericilik orqanlarını Ukraynaya nüvə partlayıcı qurğularının tədarükü ilə bağlı iddiaları araşdırmağa çağırıb
Rusiya Böyük Britaniya və Fransanı Ukraynanı nüvə silahı ilə təmin etmək cəhdində ittiham edib
Ukrayna / Reuters

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) yaydığı bəyanatda Böyük Britaniya və Fransanı Kiyevi nüvə silahları ilə təmin etmək üçün fəal iş aparmaqda ittiham edib. Eyni zamanda, Rusiya parlamenti beynəlxalq təşkilatları və qanunvericilik orqanlarını Ukraynaya nüvə partlayıcı qurğularının tədarükü ilə bağlı iddiaları araşdırmağa çağırıb.

SVR-nin iddiasına görə, London və Paris Ukraynanın nüvə silahı əldə etməsinin münaqişəni sonlandırmaq üçün daha əlverişli şərait yaradacağına inanır. Qurumun bəyanatında deyilir: "Hesab olunur ki, Ukraynaya 'möcüzə silahı' verilməlidir. Kiyev atom bombasına və ya ən azı 'çirkli bomba'ya sahib olarsa, münaqişənin dayandırılması üçün daha sərt şərtlər irəli sürə bilər".

Bəyanatda həmçinin qeyd olunub ki, Almaniya "bu təhlükəli macərada" iştirak etməkdən müdrikcəsinə imtina edib.

Kəşfiyyat məlumatlarına əsasən, hazırda London və Paris bu cür silahların və onların çatdırılma sistemlərinin Kiyevə ötürülməsi məsələlərini həll edir.

Söhbət Avropa texnologiyalarının və komponentlərinin Ukraynaya gizli şəkildə ötürülməsindən gedir. Baxılan variantlar arasında sualtı qayıqlardan buraxılan M51.1 ballistik raketləri üçün nəzərdə tutulmuş Fransanın kompakt TN75 döyüş başlıqlarının istifadəsi də qeyd olunur.

SVR vurğulayıb ki, Britaniya və Fransa bu planların beynəlxalq hüququ, xüsusən də Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni (NPT) kobud şəkildə pozduğunu dərk edirlər. İddia olunur ki, Qərb bu prosesi sanki nüvə silahını ukraynalıların özləri hazırlayıbmış kimi təsvir etməyə çalışır.

Rusiya Parlamenti araşdırmaya çağırıb

Rusiya kəşfiyyatı London və Parisi "reallıq hissini itirməkdə" günahlandıraraq bildirib ki, hər bir gizli plan gec-tez üzə çıxır. Britaniya və Fransanın hərbi, siyasi və diplomatik dairələrində liderlərinin ehtiyatsız hərəkətlərinin bütün dünya üçün yaratdığı təhlükəni başa düşən bir çox ağıllı insan var.

Bu bəyanatla əlaqədar olaraq, Rusiya parlamentinin yuxarı palatası - Federasiya Şurası London və Paris qanunvericilərinə, habelə beynəlxalq təşkilatlara müraciət edərək sözügedən niyyətlərin araşdırılmasını tələb edib.

Araşdırma
Hakan Fidan gündəmdəki aktual mövzuları qiymətləndirib
Rusiya Prezidenti Vladimir Putin Hakan Fidanı qəbul edib
Rusiya Kiyevi hədəf alıb
D.Tramp Livanla bağlı B.Netanyahuya xəbərdarlıq etdi
D.Tramp və V.Zelenski Fransada keçirilən G7 sammiti çərçivəsində bir araya gəliblər
Hakan Fidan:"Türkiyə Ukrayna məsələsinin həll edilməsi üçün hər cür dəstəyi verməyə davam edəcək"
Rusiya:''Kiyevlə rəsmi əlaqə kanalları mövcud deyil''
ABŞ-İran arasında müzakirə edilən sülh sazişinin maddələri məlum olub
ABŞ və İran arasındaki danışıqlar prosesinin yeni mərhələsinə keçid edilib
V.Putin Ukraynanın təşkil etdiyi hücumların ölkə iqtisadiyyatına ziyan vurduğunu etiraf edib
Trampın "İran ilə böyük saziş" iddiasına Tehrandan "hələ dəqiq qərar verilməyib" cavabı
Mark Karni Türkiyəni regionun ən vacib strateji tərəfdaşı adlandırdı
ABŞ NATO-nun Avropadakı əməliyyatlarına hərbi dəstəyi azaltmağı planlaşdırır
Hakan Fidan: ''ABŞ və İrana danışıqları davam etdirməyi tövsiyə edirik''
Türkiyə MN:''Şimali Kipr Türk Respublikasının hüquq və maraqlarını müdafiə etməyə davam edəcəyik"
İran ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi obyektlərini hədəf alıb
C.Bayramov: ''Avropa ilə Asiya arasında hava nəqliyyatının böyük hissəsi Cənubi Qafqaza yönəlib''
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu sammiti keçirilir
Ermənistanda parlament seçkiləri keçirilir
Azərbaycan XİN CNN-in əsassız iddialarını qətiyyətlə rədd etdi