DÜNYA
2 dəqiqə oxuma
ABŞ və Yaponiya təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirir
ABŞ Prezidenti Donald Tramp oktyabrın 28-də Yaponiya Özünümüdafiə Qüvvələrinə “F-35” qırıcı təyyarələri üçün ilk raket partiyasının çatdırılmasını təsdiqlədiyini açıqlayıb
ABŞ və Yaponiya təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirir
ABŞ və Yaponiya təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirir / Reuters

ABŞ Prezidenti Donald Tramp oktyabrın 28-də Yaponiya Özünümüdafiə Qüvvələrinə “F-35” qırıcı təyyarələri üçün ilk raket partiyasının çatdırılmasını təsdiqlədiyini açıqlayıb.

Bu barədə Donald Tramp Tokio yaxınlığındakı Yokosuka dəniz bazasında, nüvə enerjisi ilə işləyən ‘’USS George Washington’’ təyyarədaşıyan gəmisindә xidmәt edәn Amerika hərbçilərinə müraciət edərkən bildirib.

Tramp raketlərin bu həftə ərzində təhvil veriləcəyini və vaxtından əvvəl hazır olacağını qeyd edib.

O, ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq deyib: “Bundan sonra, əgər biz nə vaxtsa hәr hansı müharibədə iştirak etsәk, qalib gələcəyik’’.

Prezident ABŞ Hərbi Dəniz Qüvvələrinin gücünü yüksək qiymətləndirərək bildirib ki, heç bir digər donanma Amerikanınkına “ yaxın belə deyil”. Onun sözlərinə görə, ABŞ ən müasir avadanlıq, sursat, silah, raket və təyyarələr istehsal edir.

“Bizimki kimi ordu yoxdur. Başqa heç bir ölkənin bizimki kimi silahı yoxdur və çox tezliklə biz həmişəkindən daha güclü və təsirli olacağıq,” – deyə Tramp vurğulayıb.

O, həmçinin qeyd edib ki, qabaqcıl silahlarla yanaşı, ABŞ ordusunun əsas gücü onun şəxsi heyətindədir. “Əgər bu silahlardan istifadə etmək üçün düzgün insanlarınız yoxdursa, onların əhəmiyyəti o qədər də böyük deyil’’,-deyә Donald Tramp vurğulayıb.

Tramp bu fikirləri Asiya turu çərçivəsində Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə birlikdə Amerika qoşunlarını ziyarət edərkən səsləndirib.

Trampdan sonra ABŞ və Yaponiya əsgərlərinə müraciət edən Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, Yaponiya Asiya-Sakit Okean bölgəsində sülhə və sabitliyə “proqressiv şəkildə töhfə verməyə” davam edəcək.

Takaiçi Trampın çıxış etdiyi ‘‘USS George Washington’’ təyyarədaşıyan gəmisini bölgədə azadlıq və sülhün qorunmasının “simvolu” adlandırıb.

Baş nazir vurğulayıb ki, misli görünməmiş təhlükəsizlik mühitində Tokio müdafiə qabiliyyətlərini kökündən gücləndirəcək: “Bunu sarsılmaz qətiyyət və konkret hərəkətlə edəcəyik’’,-deyә Yaponiyanın Baş naziri qeyd edib.

Yaponiyanın ABŞ ilə müttəfiqliyini “çox güclü” adlandıran Takaiçi bu müttəfiqlik münasibətlərini daha yüksək səviyyələrə qaldırmaq niyyətindә olduğunu deyib.

Hazırda ABŞ-ın qarşılıqlı müdafiə müqaviləsi çərçivəsində Yaponiyada 50 mindən çox əsgər, eləcə də müxtəlif silah, sursat və hərbi bazası var.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi