İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində insan itkisi artmaqda davam edir. Son məlumatlara görə, təbii fəlakət qurbanlarının sayı 85 nəfərə çatıb.
Axtarış-xilasetmə tədbirləri davam edir. "Kompas TV"-nin yaydığı məlumata əsasən, rəsmi qurumlar ölənlərin sayının 85-ə yüksəldiyini təsdiqləyib. ‘‘Bandunq’’ axtarış-xilasetmə agentliyinin yanvarın 31-də verdiyi açıqlamada ölənlərin sayının 70 olduğu və daha 10 nəfərin itkin düşdüyü bildirilmişdi. Hazırda ərazidə itkin düşənlərin tapılması istiqamətində işlər fasiləsiz davam etdirilir.
Xatırladaq ki, dağıdıcı sürüşmə yanvarın 24-də Qərbi Bandunq rayonunun kəndlərindən birində baş verib. Hadisə nəticəsində onlarla ev palçıq kütləsi və dağıntılar altında qalıb.
Səlahiyyətli orqanlar ərazinin çətin relyefə malik olması səbəbindən xilasetmə əməliyyatlarının mürəkkəb şəraitdə irəlilədiyini bildirirlər.












