DÜNYA
1 dəqiqə oxuma
BMT məruzəçisi fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrailə reaksiya göstərib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese atəşkəs rejiminə baxmayaraq Qəzza və işğal altındakı İordan çayının qərb sahilində hücumlarını davam etdirən İsrail ordusunu kəskin tənqid edib
BMT məruzəçisi fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrailə reaksiya göstərib
BMT məruzəçisi fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrailə reaksiya göstərib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese atəşkəs rejiminə baxmayaraq Qəzza və işğal altındakı İordan çayının qərb sahilində hücumlarını davam etdirən İsrail ordusunu kəskin tənqid edib. Albanese sosial media hesabında etdiyi paylaşımda İsrail ordusunu "dünyanın ən əxlaqsız ordusu" adlandırıb.

"Ən əxlaqsız ordu Qəzza və İordan çayının qərb sahilindəki fələstinlilərə qarşı yenidən hücuma keçib. Əsgərlər və qanunsuz məskunlaşanlar su borularını kəsirlər", – deyə BMT rəsmisi bildirib.

Qəzzada dağıntı və qətliamların davam etdiyini diqqətə çatdıran F.Albanese İsrailin 2025-ci ilin oktyabrında əldə olunan atəşkəsdən bəri 300-ü uşaq olmaqla 1200-dən çox fələstinlini qətlə yetirdiyini vurğulayıb.

Qeyd edək ki, Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail ordusunun İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı basqın və hücumları kəskin artıb.