Ukrayna rəsmiləri Rusiya ilə aparılan danışıqlar nəticəsində həlak olmuş 522 ukraynalı hərbçinin nəşinin vətənə qaytarıldığını açıqlayıb.
Rusiyalı deputat Şamsail Saraliyev RBC xəbər agentliyinə verdiyi müsahibədə məlumatı təsdiqləyib. O, Rusiyanın da 33 əsgərinin qalıqlarını təhvil aldığını bildirib.
Qeyd edək ki, müharibənin başlamasından bəri hərbi əsirlərin mübadiləsi və həlak olan əsgərlərin qalıqlarının qaytarılması Moskva ilə Kiyev arasında nadir diplomatik təmas sahələrindən biri olaraq qalmaqdadır.













