MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
Türkiyənin Troya antik şəhərində 4500 illik qızıl broş tapılıb
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy erkən Tunc dövrünə aid broşu “keçən əsrin ən mühüm tapıntılarından biri” kimi qiymətləndirib
Türkiyənin Troya antik şəhərində 4500 illik qızıl broş tapılıb
Troyada tapılan broş
28 sentyabr 2025

Türkiyənin şimal-qərbində yerləşən Troya antik şəhərində qazıntı işləri aparan arxeoloqlar 4500 illik qızıl broş və broşla yanaşı, eyni təbəqədə bürünc iynə və son dərəcə nadir yaşma daşı da aşkar ediblər.

Bununla bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy əsərlərin arxeologiya dünyası üçün ən mühüm kəşflər sırasında olduğunu vurğulayıb.

Troya Muzeyinin tapıntılara ev sahibliyi edəcəyini deyən Ersoy bildirib ki, dünyada məlum olan cəmi 3 nümunədən ən yaxşı qorunmuş olan bu broş son 100 ilin ən mühüm tapıntılarından biridir. II Troya şəhərinin təbəqələrindən tapılan bu əşya eramızdan əvvəl təxminən 2500-cü illərə aiddir. Yaşma daşı isə 4 min 500 il əvvəlki lüks istehlak məhsullarından biri kimi diqqət çəkir. Bu unikal əsərlər tezliklə Troya Muzeyində sərgilənəcək.

Əsərlər Çanaqqaladakı Troya muzeyində sərgilənəcək.

Troya II yaşayış təbəqəsində aşkar edilən əsərlər təxminən eramızdan əvvəl 2500-cü ilə aiddir. Nazirlik bildirib ki, bu tapıntı II Troya dövrünün başlanğıcı ilə bağlı uzun müddətdir davam edən mübahisələrə işıq salır.

Ersoy qeyd edib ki, yaşma daşı təxminən 4500 il əvvəl lüks bir əşya sayılırdı. Bu iki parça eyni təbəqədən tapılan tunc sancaqla birlikdə Çanaqqala Troya muzeyində sərgilənəcək.

160 ildən artıqdır ki, arxeoloqlar Homerin dastanlarında, “İliada” və “Odisseya”da əbədiləşdirilmiş qədim Troya şəhərini tədqiq edirlər. 1998-ci ildən YUNESKO-nun Ümumdünya İrsi sayıhısına salınan Troya erkən Anadolu şəhərləşməsi və ticarəti haqqında əhəmiyyətli fikirlər təqdim edən dünyanın ən əhəmiyyətli arxeoloji ərazilərindən biri hesab olunur.

Nazirlik kəşflərin “məskunlaşdıqları torpaqlarda tarixə işıq salacağını” və eksponatların ilkin yerində sərgilənmə prinsipinə uyğun olaraq sərgilənəcəyini bildirib.

Araşdırma
Göbəklitəpədən gətiriləcək müxtəlif əsərlər Almaniyada xüsusi sərgidə nümayiş etdiriləcək
400-dən çox sənətçi İsrailə qarşı boykot çağırışı edib
İordan çayının qərb sahilində öldürülən Ayşənur Ezgi Eyginin həyatından bəhs edən sənədli film
F.Say Qərb klassik musiqi institutlarında İsrail tərəfdarılarının qərəzli fikirlərindən narahatdır
Hollivud ulduzları Qəzza faciəsini ekranlaşdırır  – “Hind Rəcəbin səsi”
Sami Yusufun İstanbuldakı konsert proqramında minlərlə insan iştirak etdi
İsrail İordan çayının qərb sahilindəki 63 arxeoloji sahəni "İsrail mədəni irsi" elan edib
Madonna Roma Papasını Qəzzada aclıq çəkən uşaqlara kömək göstərməyə çağırdı
Türkiyənin Laodikeya antik şəhərində 2 min illik məclis binası aşkar edilib
Türkiyə 65 ildən sonra Mark Avreli heykəlini geri qaytardı
Suriya yenidən qurularkən arxeoloji məkanlar üzə çıxır
Türkiyə Roma sərgisində mədəni incilərini nümayiş etdirir
Türkiyədə muzeylər axşam gec saatlara qədər ziyarətçilərin üzünə açıq olacaq
İstanbulun əfsanələri: Mif və tarixi birləşdirən epik hekayə təcrübəsi
"Wanderlust" jurnalı Türkiyəni ekoloji cəhətdən ən yaxşı istiqamətlər siyahısına daxil edib
Türkiyənin paylaşmaq üçün çox geniş və zəngin mədəniyyəti var
"TRT World" Nyu-York festivalında dörd mükafat qazandı
"TRT World" 2025-ci il "Telly" müsabiqəsində gümüş mükafata layiq görüldü
Papa XIV Leo kimdir?
Mosab Abu Toha kimdir?