SİYASƏT
1 dəqiqə oxuma
ABŞ nümayəndəsi İsrailin Livandan çəkilmə şərtini açıqladı
Livan hökuməti silahların dövlət nəzarətinə verilməsi üçün plan hazırlayır, "Hizbullah" isə qərarı rədd edir
ABŞ nümayəndəsi İsrailin Livandan çəkilmə şərtini açıqladı
Livan / Reuters

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak avqustun 26-da (bu gün) Livan prezidenti Cozef Aunla görüşdən sonra Beyrutda keçirdiyi mətbuat konfransında verdiyi açıqlamada bildirib ki, İsrail “Hizbullah”ın tərkisilah olması halında Livanın cənubundan geri çəkilməyə razılaşıb. O, əlavə edib ki, Livan hökuməti “Hizbullah”ı silahı yerə qoymağa razı salmaq üçün 31 avqustda xüsusi plan təqdim edəcək.

Hökumət Livan ordusunu bu məqsədə çatmaq üçün ayın sonuna qədər plan hazırlamağa və 2025-ci ilin sonuna qədər onu həyata keçirməyə tapşırdı. Lakin Livandakı şiə silahlı qruplaşması “Hizbullah” bu qərarı “böyük bir günah” adlandıraraq rədd edib.

Bundan əlavə, ABŞ nümayəndəsi rəsmi Vaşinqtonun BMT vasitəsilə Livanın cənubundakı BMT sülhməramlı qüvvələrinin mandatını bir il uzadacağını da açıqlayıb.

Həmçinin, Suriya–Livan münasibətlərinə toxunan T.Barrak Suriya prezidenti Əhməd Şaranın Livanla heç bir halda düşmən münasibətlərinə girmə niyyətində olmadığını vurğuladığını qeyd edib.

MƏNBƏ:TRT
Araşdırma
Macarıstanın yeni Baş naziri Netanyahunu həbs edəcəyini açıqladı
İran ABŞ-nin ticarət gəmisinə müdaxiləsini "dəniz quldurluğu" adlandırdı
Trump: "İranın zənginləşdirilmiş uranının geri alınması uzun və çətin olacaq"
İran Prezidenti müharibənin heç kimin maraqlarına uyğun olmadığını bildirərək, diplomatiyaya çağırıb
Hakan Fidan:"Antalya Diplomatiya Forumu mühüm platformaya çevrilib"
Ərəb ölkələri İsrail və Livan arasındakı atəşkəs qərarını alqışlayıblar
Türkiyənin XİN rəhbəri Hakan Fidan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan və Tufan Ərhürman arasında görüş olub
ABŞ Kubaya mümkün hərbi əməliyyat planını sürətləndirir
Donald Tramp: “İranla atəşkəsin uzadılmasına ehtiyac olmadığını düşünürəm”
Fələstin XİN başçısı: "İsrailə qarşı qlobal münasibət köklü şəkildə dəyişib"
WSJ: ''Səudiyyə Ərəbistanı ABŞ-yə Hörmüz boğazındakı blokadanı qaldırması üçün təzyiq edir''
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib
İran beş ərəb ölkəsindən təzminat istəyib
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
İsrail Livanın cənubunda "bufer zona"nın yaradılmasını təklif edib
Kansler Fridrix Merts Fələstin ərazilərindəki mövcud vəziyyətdən narahatlığını ifadə edib
İran Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz limanlarının təhlükəsiz olmayacağını bildirdi
Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatları nəzərdən keçirir
ABŞ və İran arasında İslamabadda keçirilən sülh danışıqları uğursuzluqla nəticələnib