TÜRKİYƏ
2 dəqiqə oxuma
Ankarada Türkiyə–Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclası keçirilir
İclas çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxıstanlı həmkarı Yermek Köşerbayev ilə bir araya gəlib
Ankarada Türkiyə–Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclası keçirilir
Ankarada Türkiyə–Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclası keçirilir / AA

Türkiyə–Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun (JSPG) səkkizinci iclası öz işinə başlayıb.

İclas çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxıstanlı həmkarı Yermek Köşerbayev ilə bir araya gəlib. Danışıqlarda əsas diqqət ticarət, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat, müdafiə sənayesi, təhsil, eləcə də humanitar və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə yönəlib.

Bu kontekstdə Qazaxıstan tərəfi ilə iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün atıla biləcək addımlar qiymətləndirəcək. Nazir Hakn Fidan çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz boyunca əlaqə və logistika infrastrukturunun gücləndirilməsinin əhəmiyyəti bir daha təsdiqlənəcək. Hakan Fidan və Yermek Köşerbayevin Əfqanıstan, İran və Fələstin məsələsi də daxil olmaqla regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparması gözlənilir.

Türkiyə–Qazaxıstan münasibətləri ikitərəfli səviyyədə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (HLSCC), Birgə Strateji Planlaşdırma Qrupu, Birgə İqtisadi Komissiya (JEC) və siyasi məsləhətləşmələr kimi mexanizmlər vasitəsilə müntəzəm şəkildə davam etdirilir.

Bu mexanizmlər arasında ən mühümü 2025-ci il iyulun 29-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin həmsədrliyi ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (HLSCC) beşinci iclası olub.

Həmin iclas çərçivəsində iki prezident tərəfindən “Birgə Bəyannamə” və “HLSCC Qətnaməsi” imzalanıb. Bununla yanaşı, təhsil, enerji, mədənçilik, nəqliyyat, rabitə, bankçılıq, azad iqtisadi zonalar, süni intellekt və kosmos, elm və texnologiya, əczaçılıq və tibbi cihazlar, səhiyyə, şəhərsalma və ədliyyə sahələrini əhatə edən ümumilikdə 20 əməkdaşlıq sazişi bağlanıb.

Qazaxıstan Türkiyənin Orta Asiyadakı ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ilin yanvar–noyabr ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi 8,95 milyard dollara çatıb.

Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib