TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan Kasım-Jomart Tokayev ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Kasım-Jomart Tokayev ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Kasım-Jomart Tokayev ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, dövlət başçıları ikitərəfli əlaqələri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Görüşdə Rəcəb Tayyib Ərdoğan ticarət, investisiya, enerji, nəqliyyat və müdafiə sənayesi başda olmaqla bütün sahələrdə əməkdaşlığı genişləndirəcəklərini və Genişləndirilmiş Strateji Tərəfdaşlıq səviyyəsindəki münasibətləri daha da möhkəmləndirəcəklərini bildirib.

Türkiyə lideri vurğulayıb ki, ölkəsi Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə qurumun birliyini daha da gücləndirməyə çalışacaq və bu istiqamətdə Qazaxıstanla sıx əməkdaşlığı davam etdirəcək.

Prezident Ərdoğan həmçinin Kasım-Jomart Tokayevi Antalyada keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.