DÜNYA
1 dəqiqə oxuma
İndoneziya və Çin xarici işlər nazirləri Cakartada görüşüblər
Görüş İndoneziyanın paytaxtı Cakartada baş tutub
İndoneziya və Çin xarici işlər nazirləri Cakartada görüşüblər
İndoneziya və Çin xarici işlər nazirləri Cakartada görüşüblər

İndoneziyanın xarici işlər naziri Sugiono və Çinin xarici işlər naziri Vanq Yi paytaxt Cakartada bir araya gəliblər. Görüşdə tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında İndoneziya XİN rəhbəri Sugiono bildirib ki, əsas məqsəd iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində münasibətləri daha da inkişaf etdirməkdir.

Çin xarici işlər naziri Vanq Yi isə beynəlxalq ədalətin və inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunmasının vacibliyini vurğulayıb.