TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə İsrailin Suriya ilə bağlı iddialarını rədd edib və "qanunsuz" hava zərbələrini pisləyib
Rəsmi Ankara Netanyahu hökumətini Türkiyə qoşunlarının yerləşdirilməsi ilə bağlı iddialardan istifadə edərək İsrailin Suriyanın suverenliyinə qarşı...
Türkiyə İsrailin Suriya ilə bağlı iddialarını rədd edib və "qanunsuz" hava zərbələrini pisləyib
Türkiyə hərbi hava limanına endirilən zərbələrdən sonra İsrailin Suriya ilə bağlı iddialarını rədd edib. (Foto: ARXİV) / AA

Rəsmi Ankara Netanyahu hökumətini Türkiyə qoşunlarının yerləşdirilməsi ilə bağlı iddialardan istifadə edərək İsrailin Suriyanın suverenliyinə qarşı hücumlarına haqq qazandırmağa çalışmaqda təqsirləndirir.

Türkiyə İsrail Baş Nazirliyinin Suriya ilə bağlı iddialarını qətiyyətlə rədd edərək, bu bəyanatların İsrailin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş "qanunsuz" hava zərbələrini legitimləşdirmək məqsədi daşıdığını bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin bəyanatında deyilir: "İsrail Baş Nazirliyinin irəli sürdüyü əsassız iddialar İsrailin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz hava hücumlarını qanuniləşdirmək məqsədi daşıyır".

İdlibə hava zərbələri

Avqustun 18-də İsrail hərbi təyyarələri Suriyanın şimal-qərbindəki İdlib vilayətində yerləşən "Əbu əz-Zuhur" hərbi aviabazasının uçuş-enmə zolağına 8 hava zərbəsi endirib. Hücum nəticəsində bazanın infrastrukturuna ciddi ziyan dəyib.

Rəsmi Ankara vurğulayıb ki, bu ittihamlar Benyamin Netanyahunun İsraildəki seçkilər ərəfəsində bölgədə "ekspansionist və qeyri-sabitlik yaradan siyasətini" davam etdirmək niyyətindən xəbər verir.

Bəyanatda qeyd olunub ki, Türkiyə beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti kimi, regionumuzda davamlı sülhün bərqərar olunmasını dəstəkləyir. Buna nail olmağın yeganə yolu Netanyahunun təcavüzkar və təzyiq siyasətindən əl çəkməsi, həmçinin beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasıdır.

Ankara, həmçinin Suriyada sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində Suriya hökuməti ilə əməkdaşlığa sadiq olduğunu bir daha bəyan edib.

Açıklamada o da vurğulanıb ki, Türkiyə Suriyada sülh, sabitlik və rifahın bərqərar olması üçün Suriya hökuməti ilə hüquqi müstəvidə əməkdaşlığını qətiyyətlə davam etdirəcək və Suriyanın yenidən qeyri-sabitliyə qərq olmasına heç vaxt icazə verməyəcəkdir.