TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan və Heysəm bin Tariq regional prosesləri müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Oman Sultanı Heysəm bin Tariq arasında telefon danışığı baş tutub.
Rəcəb Tayyib Ərdoğan və Heysəm bin Tariq regional prosesləri müzakirə ediblər
Rəcəb Tayyib Ərdoğan və Heysəm bin Tariq regional prosesləri müzakirə ediblər / Reuters

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Oman Sultanı Heysəm bin Tariq arasında telefon danışığı baş tutub. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, liderlər ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər.

Prezident R.T.Ərdoğan söhbət zamanı İrana qarşı hücumların və Tehranın regiondakı qonşu ölkələrə qarşı ehtimal olunan qisas tədbirlərinin bölgəni görünməmiş bir təhlükəsizlik böhranı ilə üz-üzə qoyduğunu diqqətə çatdırıb. O, həmçinin Omana qarşı yönəlmiş hücum cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

R.T.Ərdoğan mövcud gərginliyə baxmayaraq Türkiyənin vasitəçilik də daxil olmaqla bütün diplomatik təşəbbüsləri davam etdirəcəyini qeyd edib.

R.T.Ərdoğan həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə müsəlmanların girişini məhdudlaşdırmasını "qəbuledilməz" adlandırıb. Qəzza xalqının humanitar yardıma ehtiyacı olduğunu xatırladan Türkiyə lideri, iki dövlətli həll variantına nail olmaq üçün Sülh Komissiyasının fəaliyyətinin mütləq davam etdirilməli olduğunu bildirib. Prezident Ərdoğan həmçinin Heysəm bin Tariqi Ramazan bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb.

Araşdırma
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Prezident R.T.Ərdoğan Livan Prezidenti C.Aunu qəbul edib
“Sabiha Gökçen” hava limanı sərnişin artımına görə Avropanın nəhəng hava limanları geridə qoydu
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib