BMT-nin Baş katibi Antonio Quterreş verdiyi açıqlamada Türkiyənin Aralıq dənizi şəhəri Antalyada keçirilən COP31 İqlim Dəyişmələri Konfransının təşkilatçılığını yüksək qiymətləndirib.
Noyabrın 9-da başlayan və noyabrın 20-dək davam edəcək illik iqlim konfransı ilə bağlı “Anadolu” xəbər agentliyinə müsahibə verən Quterreş deyib: "Bir çox COP sammitində iştirak etmişəm və Türkiyənin COP təşkilatçılığının yüksək keyfiyyətindən həqiqətən çox təsirləndim".
Quterreşin bu qiymətləndirməsi ABŞ-də yerləşən və mənfəət məqsədi güdməyən "ReFED" təşkilatının rəhbəri Dana Qandersin Türkiyənin qida tullantıları ilə mübarizədə ölkələri bir araya gətirmək səylərini təqdir edən açıqlamalarından sonra gəlib.
Qanders Türkiyənin "Sıfır Tullantı" təşəbbüsünə və Birinci Xanım Əminə Ərdoğanın bu məsələnin beynəlxalq müstəvidə daha çox diqqət çəkməsindəki roluna da toxunub.
Dünyanın dörd bir tərəfindən iştirakçıları bir araya gətirən illik Sıfır Tullantı Forumuna diqqət çəkən Qanders deyib: "Türkiyə COP və Sıfır Tullantı Fondu vasitəsilə güclü liderlik nümayiş etdirir" deyib.
Qanders, həmçinin Əminə Ərdoğanın qida tullantıları mövzusunun beynəlxalq gündəliyin ön sırasına çıxarılmasına kömək etdiyini vurğulayaraq: "Zənnimcə, Birinci Xanımın dəstəyi ilə bu məsələyə verilən əhəmiyyət şübhəsiz ki, böyük dərəcədə artdı", deyib.






















