SİYASƏT
1 dəqiqə oxuma
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi internet səhifəsində etdiyi paylaşımda Rusiyanın "Mi-Ukrayna" telekanalının binasını pilotsuz uçuş aparatı ilə hədəf aldığını qeyd edib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi internet səhifəsində etdiyi paylaşımda Rusiyanın "Mi-Ukrayna" telekanalının binasını pilotsuz uçuş aparatı ilə hədəf aldığını qeyd edib. V. Zelenski hücum nəticəsində binanın bir hissəsinin dağıldığını və 5 nəfərin yaralandığını diqqətə çatdırıb. O, aidiyyəti qurumların hadisə yerinə cəlb olunduğunu və Fövqəladə Hallar Xidmətinin əməkdaşlarının yanğını söndürdüyünü bəyan edib.

Rusiyanın media qurumlarını hədəf almasını sərt tənqid edən V. Zelenski telekanalın "Şahed" dronları ilə vurulmasını "Rusiyanın nə qədər aciz vəziyyətə düşdüyünün göstəricisi olduğunu" bildirib. Avropa və dünya ictimaiyyətini bu hücuma reaksiya verməyə çağıran Ukrayna lideri ölkəsinə və mülki əhaliyə qarşı edilən heç bir hücumun cavabsız qalmayacağını vurğulayıb.

Volodimir Zelenski etdiyi digər paylaşımda Rusiyanın Kiyev-Sumı marşrutu ilə hərəkət edən sərnişin qatarına da PUA zərbəsi endirdiyini açıqlayıb. Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, bu hadisə zamanı ölən və ya xəsarət alan olmayıb, 90 sərnişin təhlükəsiz əraziyə təxliyə edilib.

Araşdırma
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir