TÜRK DÜNYASI
2 dəqiqə oxuma
R.T.Ərdoğan Türk dövlətlərini regional təhlükəsizlik məsələlərində daha fəal rol almağa çağırdı
Qəbələdə keçirilən TDT Zirvəsində R.T.Ərdoğan və H.Fidan regional təhlükəsizlik və birliyə diqqət çəkdi
R.T.Ərdoğan Türk dövlətlərini regional təhlükəsizlik məsələlərində daha fəal rol almağa çağırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsində iştirak edib / AA
7 oktyabr 2025

Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvəsində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya, Cənubi Qafqaz və mədəni təşəbbüslərlə bağlı əməkdaşlığa diqqət çəkərək, bölgədə daha fəal rol oynamağa çağırış edib.

Prezident R.T.Ərdoğan çıxışında deyib: “Türk dünyasının bölgəmizin sabitliyi və təhlükəsizliyində bir çox baxımdan daha təsirli rol oynaya biləcəyinə inanırıq. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bəşəriyyətin vicdanını yaralayan bir çox məsələyə biganə qalır. Biz belə bir beynəlxalq sistemlə üz-üzəyik”.

Suriyadakı vəziyyətə də toxunan Türkiyə prezidenti R.T.Ərdoğan deyib: “Çoxsaylı çətinliklərə baxmayaraq, Suriya hökumətinin son doqquz ayda əldə etdiyi irəliləyiş gələcəyə ümidlə baxmağımıza imkan yaradır. Türk dövlətləri olaraq Suriya hökuməti ilə əməkdaşlığı inkişaf etdirməliyik”.

Həmçinin Cənubi Qafqazla bağlı mövzuya da münasibət bildirən ölkə başçısı deyib: “Biz Cənubi Qafqazdakı prosesləri sadəcə izləməklə kifayətlənmirik, bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımları səmimiyyətlə dəstəkləyirik”.

Bundan başqa, İsrailin Qətərə qarşı son hücumlarını kəskin şəkildə pisləyən R.T.Ərdoğan əlavə edib ki, bölgənin sabitliyinə ən böyük təhlükə məhz bu ölkənin mövcud rəhbərliyindən qaynaqlanır.

Sonda isə Türkiyə prezidenti ortaq mədəni layihələrdən də danışıb: “Ortaq əlifba mövzusunda Türkiyə olaraq ilk addımı atırıq. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovu əks etdirən bir əsər və “Oğuznamələr”i ortaq əlifba ilə çap edirik”.

 

Tədbirdə Türkiyə xarici işlər naziri Hakan Fidan da çıxış edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib. O bildirib ki, uzunmüddətli sabitlik ancaq Türk dövlətləri arasında gücləndirilmiş əməkdaşlıq və koordinasiya ilə təmin oluna bilər.

Nazir H.Fidan çıxışında deyib: “Türk dünyası artıq regional balansları müəyyən edən əsas aktora çevrilməlidir. Türk Dövlətləri Təşkilatının ən böyük gücü üzvlər arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşməsidir”.

Nazirin sözlərinə görə, bölgəsəl və qlobal çağırışlar qarşısında Türk dünyası daha tez-tez bir araya gəlməli, hansı addımların atılacağını vaxtında müzakirə etməlidir.

Hakan Fidan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 2022-ci ildə Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu qazanmasının əhəmiyyətini xatırladaraq deyib: “Bu, Türk dünyasının birliyini gücləndirdi. Türk dünyasının ayrılmaz parçası olan Kipr türklərinin üzləşdiyi ədalətsiz təcridlər aradan qaldırılmalı və onların hüquqları tanınmalıdır. Bu, bizim ortaq məsuliyyətimizdir”.

Nazir həmçinin əlavə edib ki, Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində mühüm addımlar atılıb.

MƏNBƏ:TRT
Araşdırma
Ankarada ''Türk dilinə xidmət'' mükafatları mərasimi keçirildi
Səhləb: Osmanlıdan bu günə bir qış nağılı
Ərdoğan: "Tarixi məsuliyyətimizin bir hissəsi olaraq sülh və dialoqun qurulması üçün çalışırıq"
Türkiyə təxirə salınan Xəzər qaz boru kəməri üçün vasitəçilik edəcək
Qazaxıstan neft marşrutlarını nəzərdən keçirir
Türkdilli dövlətlərin energetika nazirləri İstanbulda bir araya gələcək
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Ankarada Beynəlxalq Qədim Türk Dili Simpoziumu təşkil edildi
Rusiya və Qırğızıstan arasında geniş əməkdaşlıq üzrə saziş imzalanacaq
Qazaxıstan AASQM-nın ölkədəki fəaliyyətini dayandırıb
Ankarada Beynəlxalq Türk Akademiyasının 15-ci ildönümü qeyd olunacaq
Çin xarici işlər naziri üç Mərkəzi Asiya ölkəsini ziyarət edəcək
Türkiyə dövləti Ahıska türklərinin Gürcüstandan sürgün edilməsinin 81-ci ildönümünü anır
Zəfər Günü münasibətilə Ankarada rəsmi qəbul təşkil olunub
15 dekabr tarixi UNESCO tərəfindən “Dünya Türk Dili Ailəsi Günü” olaraq elan edilib
ŞKTC-də prezident seçkilərinin ilk turu başlayıb
Düzgün seçim: Türk dövlətləri ortaq əlifba ilə birlik axtarışındadır
Türk Dövlətləri Təşkilatının əsasının qoyulmasından 16 il ötür
Qərbi Trakyada türk məktəbinə giriş qadağası etirazla qarşılandı
İki qardaş ölkə arasında hərbi əməkdaşlıq inkişaf etdirilir