Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran rəsmi internet səhifəsində etdiyi paylaşımda Polşa Prezidenti Karol Navrotskinin 23-24 iyun tarixlərində Türkiyəyə rəsmi səfər edəcəyini açıqlayıb. B.Duran bildirib ki, yüksəksəviyyəli görüşlər zamanı Türkiyə ilə Polşa arasındakı ikitərəfli münasibətlərin bütün aspektləri ətraflı nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın daha da təkmilləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Kommunikasiya İdarəsinin rəhbəri rəsmi təmaslar çərçivəsində ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal məsələlər ətrafında da geniş fikir mübadiləsinin aparılmasının planlaşdırıldığını diqqətə çatdırıb.
TÖVSİYƏ EDİLƏN















