TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə Sveyda bölgəsində sülh və sabitliyin bərpası üçün hazırlanan yol xəritəsini alqışladı
Türkiyə Xarici İşlər Nazirliyi Suriya, İordaniya və ABŞ arasında Suriyanın cənubundakı Sveyda əyalətində böhranın həlli məqsədilə razılaşdırılmış yeddi mərhələli yol xəritəsini alqışladığını bəyan edib
Türkiyə Sveyda bölgəsində sülh və sabitliyin bərpası üçün hazırlanan yol xəritəsini alqışladı
/ AA
17 sentyabr 2025

Türkiyə Xarici İşlər Nazirliyi Suriya, İordaniya və ABŞ arasında Suriyanın cənubundakı Sveyda əyalətində böhranın həlli məqsədilə razılaşdırılmış yeddi mərhələli yol xəritəsini alqışladığını bəyan edib. Nazirliyin yaydığı bəyanatda bu ifadələrə yer verilib:
"Suriyanın Sveyda əyalətində sülhün bərqərar olması, sabitliyin təmin edilməsi və qarşıdurmaların yenidən baş verməsinin qarşısını almaq məqsədilə açıqlanan yol xəritəsini alqışlayırıq’’.

Bəyanatda vurğulanıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyü, birlik və suverenliyinə hörmət prinsipləri əsasında bu ölkədə sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində göstərilən beynəlxalq səyləri dəstəkləməyə davam edəcək.

Suriya Xarici İşlər Naziri Əsəd əl-Şeybani sentyabrın 16-da Dəməşqdə İordaniya xarici işlər naziri Ayman Safadi və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak ilə keçirdiyi görüşdən sonra yol xəritəsinin detalları barədə məlumat verib.

Yeddi mərhələli plana Sveyda əyalətinə fasiləsiz humanitar və tibbi yardımın çatdırılması, əsas xidmətlərin bərpası, nəqliyyatın asanlaşdırılması məqsədilə yolların təhlükəsizliyinin təmin olunması və yerli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi daxildir. Plan çərçivəsində həmçinin, münaqişə qurbanlarına kompensasiya ödənilməsi, yurd-yuvalarından didərgin düşənlərin geri qayıtmasına şərait yaradılması, itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi və əyalətdəki bütün icmaları əhatə edən barışıq prosesinə start verilməsi planlaşdırılır. Bu təşəbbüs iyul və avqust aylarında İordaniyada keçirilən danışıqlardan sonra formalaşıb.

Xatırladaq ki, Sveydada iyulun 19-dan etibarən qüvvədə olan atəşkəs, druzlar ilə bədəvi qəbilələri arasında bir həftə davam edən silahlı toqquşmalardan sonra əldə olunmuşdu.

Araşdırma
Prezident Ərdoğan Türkiyənin potensial ABŞ-İran müharibəsinin qarşısını almaq səylərini vurğulayıb
Türkiyə Somalinin terrora qarşı mübarizəsinə hava və quru hərbi dəstəyini artırır
Türkiyə və Səudiyyə Ərəbistanı KAAN qırıcı təyyarələrinə birgə investisiya yatıracaq
Numan Kurtulmuş Suriyadakı mövcud vəziyyəti qiymətləndirib
Türkiyə Respublikası Mərkəzi Bankına iki yeni sədr müavini təyin edilib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək
Ankarada Türkiyə–Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclası keçirilir
Türkiyə dövləti Konqoda mədənin çökməsi hadisəsi ilə əlaqədər başsağlığı mesajı yayımlayıb
Rəcəb Tayyib Ərdoğan:''Türkiyə İran və ABŞ arasında vasitəçi olmağa hazırdır''
"Yunanıstanın Egey dənizindəki fəaliyyəti ilə bağlı naviqasiya xəbərdarlıqlarımız müddətsizdir"
Hakan Fidan: "Tehran danışıqlara hazırdır"
Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb
R.T.Ərdoğan Suriyada genişmiqyaslı yenidənqurma səfərbərliyinin başladılacağını açıqladı
Türkiyə və Nigeriya ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün yeni addımlar atır
Ankarada Qəzza sülh planı və humanitar vəziyyət müzakirə edilib
Rəsmi Ankara “DEAŞ-a dəstək verilməsi” ilə bağlı iddiaları dezinformasiya adlandırıb
R.T.Ərdoğan DEAŞ-a qarşı mübarizənin gücləndiyini bildirib
İ.Kalın İstanbulda “Həmas”nümayəndə heyəti ilə görüşüb
H.Fidan Türkiyə dövlətinin Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduğunu açıqlayıb
R.T.Ərdoğan Balkan ölkələrindən olan diplomatlarla İstanbulda görüş keçirib