DÜNYA
1 dəqiqə oxuma
İsrail ordusu İordan çayının qərb sahilində iki fələstinlini qətlə yetirdi
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin Əl-Xəlil şəhərində israillilərə hücum edildiyini irəli sürərək iki fələstinlini qətlə yetirib.

İsrailin "Magen David Adom" (Təcili Tibbi Yardım) xidmətinin məlumatına görə, insident zamanı 5 israilli yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. İsrail ordusu da hərbçilərə hücum edən iki fələstinlinin öldürüldüyünü təsdiqləyib.

İsrailin "Kanal 14" telekanalı hücum edənlərin əraziyə İsrail qeydiyyat nişanlı avtomobillə daxil olduqlarını və hadisənin müvəqqəti nəzarət-buraxılış məntəqəsində baş verdiyini bildirib.

Hadisədən sonra İsrail Baş naziri Benyamin Netanyahu seçki kampaniyası çərçivəsində Qərbi Qüdsə nəzərdə tutulan səfərini təxirə salıb.