Avropa Şurasının sədri Antonio Kosta dekabrın 8-də verdiyi açıqlamada blokun Bəşər Əsəd rejiminin devrilməsinin birinci ildönümünü qeyd edən Suriyaya dəstəyini bir daha təkrarlayıb.
“Əsəd rejiminin devrilməsindən bir il sonra suriyalılar daha sabit və hər kəsi əhatə edən bir gələcəyə doğru irəliləyirlər. Aİ ədaləti, sülhü və bütün suriyalıların hüquqlarını mərkəzə qoyan dinc prosesi dəstəkləyir’’, – deyə Antonio Kosta rəsmi ‘X’ platformasında bildirib.
Antonio Kosta həmçinin blokun siyasi dialoqa, təcili humanitar yardıma, eləcə də Suriyanın bərpası və yenidən qurulmasına sadiqliyini bir daha vurğulayıb.
Bəşər Əsəd Suriyaya təxminən 25 il rəhbərlik edib. Onun ötən ilin dekabrında Rusiyaya qaçması ‘‘Baas’’ rejiminin 1963-dən bəri davam edən hakimiyyətinə son qoydu.












