SİYASƏT
2 dəqiqə oxuma
Yaponiya iki dövlətli həllə mane olarsa, İsrailə “yeni tədbirlər” barədə xəbərdarlıq etdi
Yaponiya xəbərdarlıq edib ki, əgər İsrail Fələstində iki dövlətli həll yolunu əngəlləyən addımlar atsa, “yeni tədbirlər görməyi və cavab verməyi ” nəzərdən keçirəcək
Yaponiya iki dövlətli həllə mane olarsa, İsrailə “yeni tədbirlər” barədə xəbərdarlıq etdi
Yaponiyanın xarici işlər naziri / Reuters

BMT-nin konfransında çıxış edən Yaponiyanın xarici işlər naziri deyib ki, Fələstinin tanınması “olub-olmaması deyil, nə vaxt olacağı məsələsidir”.

Yaponiya xəbərdarlıq edib ki, əgər İsrail Fələstində iki dövlətli həll yolunu əngəlləyən addımlar atsa, “yeni tədbirlər və cavab verməyi ” nəzərdən keçirəcək.

Nyu-Yorkda BMT-nin Fələstin konfransında çıxış edən xarici işlər naziri Takeşi İvaya “Yaponiya Fələstin xalqının öz müstəqil dövlətini qurmaq istəyini tam dəstəkləyir” deyib.

O, əlavə edib ki, "İsrail iki dövlətli həllin reallaşmasına mane olan növbəti addımlar atsa, Yaponiya yeni və cavab tədbirləri görməyə məcbur olacaq".

Tokionun uzun müddətdir ki, iki dövlətli həll yolunu dəstəklədiyini vurğulayan İvaya "Ölkəm üçün Fələstin Dövlətinin tanınması məsələsi, olub-olmaması deyil, nə zaman olacağı məsələsidir" deyib.

Qeyd edə ki, Avstraliya, Kanada, Böyük Britaniya, Fransa, Belçika və bir çox digər ölkələrin son həftələrdə Fələstini rəsmən tanımasına baxmayaraq, Yaponiya indiyədək tanınma çağırışlarına müqavimət göstərib.

Kritik mərhələ

İvaya "Qəzzada humanitar böhranın kəskin şəkildə pisləşməsi, İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma fəaliyyətlərinin genişləndirilməsi və ilhaq istiqamətində hərəkət tamamilə qəbuledilməzdir" deyib.

O əlavə edib ki, Yaponiya bu hərəkətləri qətiyyətlə pisləyir və İsraili bütün bu cür birtərəfli təcrübələrə dərhal son qoymağa çağırır. Vəziyyət “iki dövlətli həllin əsasını təhdid edən kritik və həyəcanverici dönüş nöqtəsinə” çatıb.

Yaponiyanın İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilinin yenidən qurulmasına "konkret töhfələrini" vurğulayan İvaya Tokionun "hərtərəfli danışıqları daha da ciddi şəkildə davam etdirəcəyini" bildirərək, Fələstinin "İsrail ilə dinc və davamlı şəkildə birlikdə yaşamaq" qabiliyyətinə malik olmasının vacibliyini vurğulayıb.

Keçən iyul ayında Yaponiya işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıqda iştirak etdiklərinə görə dörd israilli mühacirə qarşı ilk sanksiyalarını tətbiq etdi.

Konfrans BMT Baş Assambleyasının 80-ci sessiyasının açılışından bir gün əvvəl və BMT müstəntiqlərinin İsrailin 2023-cü ilin oktyabrından bu yana 65 300-dən çox fələstinlini qətlə yetirdiyi Qəzzada soyqırım törətdiyi qənaətinə gəlməsindən bir gün sonra baş tutub.

Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb